Page 49 - Islamic Studies 07
P. 49
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 48
baxmayaraq, onların arasında adını iqtisadi ya ictimai əlaqə qoya
biləcəyimiz heç bir əlaqə yoxdur. Amma iş və vəzifələrin bölünməsi
və müştərək səy, hətta ən sadə formasında –yəni kiçik bir cəmiyyət
olan ailənin idarəsini öhdəsinə götürən ailə başçısı kimi qohumluq
sahəsində- insanlar arasında istər-istəməz ictimai əlaqələr
yaranandan sonra, dolanışıq vasitələrinin bölünməsi məsələsi ortaya
çıxdı. Yəni yaşamağa lazım olan şeyləri işləməklə (istehsal), ya
hazır formada təbiətdən əldə etməklə (sudan balıq tutmaq və
ağacdan meyvə dərmək kimi), yaxud ehtiyac duyulan şeylərin
bərabər ya qeyri-bərabər formada bölünməsi ilə (daha güclü və daha
bacarıqlının çox paya sahib olması kimi), insanlar arasında sadə
iqtisadi əlaqələr yarandı. Deməli, insanlar arasında ictimai əlaqələr
qurulduğu zaman, iqtisadi əlaqələr yaranır. Yəni müştərək səy və iş
və vəzifənin bölünməsi məsələsi ortaya çıxır və dolanışıq
vasitələrinin məhdud olmasına görə, işlərin bölünməsinə ehtiyac
duyulur. Əgər insanların ailə, mədəniyyət və siyasi ehtiyaclara görə,
ictimai yaşamağa ehtiyaclı olmalarına baxmayaraq, yaşamğa lazım
olan hər şeyin hava kimi –hamının əlində olan və həyata ən çox
lazım olan şey olmasına baxmayaraq- o qədər çox olub hamının
əlində olmasını fərz etsək, işlərin bölünməsinə ehtiyac olmayacaq.
Belə olduqda, fərdi ya şərikli mülkiyyət, hüquq, üstünlük vermək və
digər xüsusi iqtisadi əlaqələr qurulmayacaqdır.1 İqtisadi əlaqələr,
digər ictimai əlaqələr kimi müqaviləli məsələlərdəndir . İctimai
əlaqələrdə, rəhbərlik, vərəsəlik, evlənmək, tabe olmağın vacibliyi və
digər məsələlərdən danışılır. Xüsusi iqtisadi əlaqələrdə isə, malik
olma, mülkiyyət, hüquq, müamilə və digər məsələlərdən danışılır.
Yəni müştərək səy və işin bölünməsi zəruri olandan sonra, bəzi
qanuni və hüquqi məsələlər zəruri sayılır. Həyata lazım olan şeylər
və sərvətin istehsalı və bölünməsinə aid olan qanuni məsələlər,
“iqtisadi əlaqələr” adlanır.
1 Hər şeyin bol olmamasının səbəbinin, işin lazım olması qanununa qayıtmasını deyə
bilərik. Yəni qeyd etdiyimiz kimi, “vəzifə və iş” öz-özünə təbii bolluğun olmamasını
lazım tutur.