Page 44 - Islamic Studies 07
P. 44
İslam iqtisadiyyatı (Ustad Mütəhhəri baxışında) / 43
Çünki belə işləri bacarmırlar. İnsan isə, həm yaşamaq üçün zəruri
olan ehtiyaclarının çoxunu içləməklə hazırlamağa məcburdur, həm
də onda belə işləri görməyə istedad var. Hətta yaranışın özündə də,
bu ehtiyac və bu güc arasında, əlaqənin olmasını söyləyə bilərik.
Əlbəttə heyvanların da bəzisi öz yaşam ehtiyaclarını işləməklə
hazıralayır və istehsalçı sayılır. Həm əkinçiliyi həm də heyvandarlığı
olan bəzi qarışqalar və bal arısı kimi.1 İstehsal kömək və şərikliklə
olduğuna görə, xüsusi qanun və əlaqələri lazım tutur. Deməli,
qanuni və iqtisadi əlaqələr, yalnız həyata zəruri olan şeylərin
istifadəsi və bölümü barəsində olan əlaqələrə məxsus deyil. Muzd
alma, iş satma, müzariə və digər əlaqələr kimi bir-birinə bağlı olan
başqa əlaqələr də, istər-istəməz insanlar arasındakı istehsalda
bərqərar olur. Deməli, iqtisadi əlaqələr bir tərəfdən istehsal, digər
tərəfdən sərvətin bölünməsi vasitəsilə yaranır. Yəni sərvət əvvəlcə
hazırlanmalı, sonra isə bölünməlidir. Hamının ona ehtiyaclı
olmasına, bol və pulsuz olmamasına görə, iqtisadi əlaqələr
yaranacaqdır. İstehsal əlaqələri işin dəyərinə aiddir. İşin dəyəri
istehsalda istifadə olunan işlərə məxsus deyil. İctimai, siyasi və
mədəni işlər kimi istehsal olunmayan işlərin də, dəyəri var. Orda da,
xüsusi iqtisadi əlaqələr yaransa da, işin dəyəri iqtisadi dəyərə tabe
deyil. Yəni yalnız işin dəyərinin meyarı, iqtisadi ehtiyac deyil. İşin
dəyərinin meyarı, bütün təbii və fitri ehtiyaclardır. İqtisadiyyat təbii
və fitri ehtiyaclardan biridir. Biz bu barədə “dəyər” fəslində
danışacağıq.
İki cür əlaqə
İqtisadi əlaqələr iki növdür: təbii əlaqələr və qanuni əlaqələr
(Başqa sözlə desək, iki cür iqtisadiyyat var: təbii iqtisadiyyat və
proqramlı iqtisadiyyat). Təbii əlaqələr, inflyasiya, qiymətlərin enib-
qalxması, işsizlik,iqtisadi böhran, qazanc, zərər, muzd, maliyyət və
bunun kimi, müamiləli və azad iqtisadiyyatda təklif, tələb və
qiymətə aid əlaqələr kimi, iqtisadiyyatda istər-istəməz yaranan
səbəb və nəticə əlaqələr silsiləsindəndir. Qanuni əlaqələr isə, şəxsi
ya şərikli mülkiyyət və hüquqla əlaqəli qaydalardır.
1 Bax: İnsanın yaranma sirri, müəllif Kersi Murisen, mütərcim Məhəmməd Səidi