Page 39 - Islamic Studies 07
P. 39
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 38
İslam peyğəmbəri buyurur : Saleh insan üçün, saleh mal necə
də gözəldir.
Mövləvi bu hədisin məzmununu nəzmə belə çəkibdir:
Malı əgər dinin faydasına görə istəsən Nemə malun salehun
adlandırdı onu Rəsul.
Gəmidə suyun olması, gəminin batması deməkdir.
Gəminin altında olarsa su, onun söykənəcəyidir.
Şairin sərvətlə insanı dənizlə gəmiyə bənzətməsinin səbəbi,
bəzən onu qərq edib şəxsiyyətini aparmasına görədir. Bəzən də onun
şəxsiyyətinə zərbə vurmur ki heç, çox vaxt məqsədə yetişmək və
şəxsiyyətini kamilləşdirmək üçün yeganə vasitə olur.
"Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu
gördüyü üçün " 1 ayəsi, pulun insanın şəxsiyyətini fasid
etməsindəki rolunu açıqlayır. Həmçinin bu ayə kimi :
“İtaət etmə hər and içənə, alçağa. Qeybət edənə, söz gəzdirənə.
Xeyrə mane olana, həddi aşana, günaha batana. Daş ürəkliyə,
bunlardan sonra da əsli-nəsəbi bilinməyən haramzadaya. O, mal-
dövlət, oğul-uşaq sahibi olsa belə. Ayələrimiz ona oxunduğu zaman
o: “Əvvəlkilərin əfsanələridir!” - dedi.” 3
Ya bu ayə kimi:
“Qadınlar, uşaqlar, qızıl gümüş yığınları, yaxşı cins atlar, mal-
qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara
gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl
dönüş yeri isə Allah yanındadır.”1
Hansısa bir əməli tərk etməyin səbəbi qadın və uşaq olmadığı
kimi, pul və sərvəti də atmağın səbəbi deyil. Pulpərəstliyi pisləyən
islam, pulu və sərvəti pisləməmişdir. Çünki :
1). Sərvəti istehsal etmək ( əkinçilik, heyvandarlıq, sənaye və)
tövsiyə olubdur.
2). Sərvəti mübadilə etmək, yəni ticarət və alış-veriş tövsiyə
olubdur.
3). İnsanı fəsada çəkən israf və hər növ təm-təraqlılıq olmadan,
fərdi ehtiyaclar həddində sərvətdən istifadə etməyə tövsiyə olubdur.
1 Ələq, 6 və 7
3 Qələm, 10-15
1 Ali-İmran, 14