Page 41 - Islamic Studies 07
P. 41

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 40

                     Kimə  ehtiyaclı  olsan,  onun  əsirisən,  kimə  ehtiyacsız  olsan,
               onunla bərabərsən və kimə yaxşılıq etsən, onun əmirisən.
                     Bir xalq kömək istəyib və digəri kömək etdikdə, istər-istəməz
               birinci qul və ikinci ağadır. İqtisadi gücün sağlam olmasının dəyərini
               bilməmək  və  müstəqil  iqtisadiyyatın  milli  yaşamın  şərtlərindən
               olmasını anlamamaq, nə qədər cahillik və axmaqlıqdır. Bu birinci
               məsələ.
                     İkinci məsələ budur ki, islam həmişə orta yol və üsulla hərəkət
               edir. Bu islamın hərtərəfli olmasına görədir. Burda ifrat və təfrit olan
               iki  üslub  gözə  çarpır.  Onların  biri,  ümumiyyətlə  iqtisadi  gücün
               sağlam  olmasının  dəyərini  anlamır  və  kasıb  olmağın  tərəfdarıdır.
               Bunların  fikrincə,  kasıb  olmaq  fərd  üçün  nöqsan  olmadığı  kimi,
               cəmiyyət  üçün  də,  nöqsan  deyil.  Bu  fərd  üçün  də,  bir  mənada
               nöqsandır.  Hətta  fərd  üçün  nöqsan  olmasa  da,  cəmiyyət  üçün
               nöqsandır. O birisi isə, iqtisadiyyatın əhəmiyyətli olmasını anlayıb,
               lakin digər məsələləri unudubdur. Onların fikrincə, gəlir mənbəyi
               insanın istəkləridir. İnsanın təlabatı olan, insanda onu almağa istək
               olan və gəlirli olan hər şey, satışa çıxarılmalıdır. İnsanın istəkləri,
               satışa çıxarmaya icazə verən səbəbdir. Hətta satışa çıxarılan cinslər,
               insana zərərli də olsa. Oyuncaq, çərpələng və bərbəzək xəstəsi olan
               bir cəmiyyət,  ona zərərli olan şeylərə  iştahası olan xəstə  kimidir.
               Maşın  xəstəsi  olan  bir  cəmiyyət,  istisqa  (susuzluq)  xəstəliyi  ya
               qusmaq və ishal xəstəliyinə düçar olan uşaq kimidir ki, su sahibi
               suyun  qarşılığında  pul  aldığına  görə  su  verir  ki  ciblərini  pulla
               doldursun.  Daha  pisi  budur  ki,  yalançı  tələblər  yaradır.  Heroin
               düzəldir  və  külli  miqdarda  qazanc  yolu  əldə  edir.  Dəllala  deyir:
               Aludə olan on nəfərdən biri miqdarında gəlir sənə aiddir. Nə qədər
               satsan onda biri sənindir. İslamda isə, haram müamilələr var. İslam
               hər  məsələdən  qabaq,  haram  müamilələrdən  danışır.  Hətta  qeyri
               müsəlmanlara da bütü və xaçı satmağı haram edir. Şərab, qumar və
               insanları  azdıran  alətləri,  ümumiyyətlə  haram  edir.  İnsanları  düz
               yoldan  çıxardan  kitabların  satışını  və  düşmənlərə  silah  satmağı
               haram  edir.  İslam  tədlis  maşitə  (qadın  saç  ustasının  ərə  getməyə
               hazırlaşan qızı onu bəyənmək istəyəni aldatması üçün bəzəyərək bu
               yolla  əldə  etdiyi  pul)  və  heykəltaraşlığı,  qızıl  və  gümüş  qab
               düzəltmək və satmağı, qatışıqlıq (qəş), mənasız və əxlaqsız işləri,
   36   37   38   39   40   41   42   43   44   45   46