Page 37 - Islamic Studies 07
P. 37
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 36
Giriş
Bəziləri də həyatın ümumiyyətlə bir məsələ, dinin də digər bir
məsələ olduğunu və dini həyat işlərinə qarışdırmamağı söyləyiblər.
Belə insanların ilk səhvi, insanların həyatında baş verən
hadisələrin ayrı-ayrı olduğunu düşünmələridir. Halbuki, həyatın
bütün hadisələri vahid və bir-birinə bağlıdır. İnsan həyatının bütün
sahəsində olan məqsədəuyğunluq və fəsad, digər sahələrə təsir edir.
Hər bir cəmiyyətin mədəniyyət ya siysət ya məhkəmə ya əxlaq və
tərbiyə və ya iqtisadyyatı fasid ola-ola, dininin düzgün olması
mümkün deyil. Bunun əksi də belədir.
Əgər dinin təkcə məscidə ya kilsəyə getmək, namaz qılıb və
oruc tutmaq olmasını fərz etsək, onda dinin digər məsələlərdən ayrı
olmasını iddia etmək, mümkündür. Bu məsələ xiristianlıq barəsində
doğru ola bilsə də, islam barəsində bunu söyləmək doğru deyil.
İslamla iqtisadiyyatın iki cür bağlılığı
İslamın iqtisadiyyatla iki cür bağlılığı var: Bilavasitə və
vasitəli. İslamın iqtisadiyyatla bilavasitə bağlılığı mülkiyyət,
mübadilə, maliyyat, qəyyumluq, irs, hədiyyə və sədəqə, vəqf, mali
və digər sahələrdə cəzalar barəsində iqtisadi qanunlara zəncirvari
bilavasitə bağlılığı olması cəhətindəndir.
İslamın kitabul-bəy (alqı-satqı), kitabul-icarə (icarə), kitabul-
vəkalə (vəkalət), kitabur-rəhn (girov), kitabul-irs (irs), kitabul-hibə
(hədiyyə), kitabul-vəqfi (vəqf) sahələri var.
Digər tərəfdən, Qurani-kərimin buyurduğu kimi “bəzisinə
inanır, bəzilərinə isə inanmırıq” qanununun tərk edilməsini bilirik.
Belə olduqda, ya gərək islamı bütünlüklə qəbul etməli, ya da
bütünlüklə qəbul etməməliyik.
İslamın iqtisadiyyatla vasitəli bağlılığı, əxlaq yolu ilədir. Digər
dinlər də, bu məsələdə müəyyən qədər islama bənzəyirlər. İslam
insanları əmanət, iffət, ədalət, yaxşılıq və isara tövsiyə edir.
Oğurluq, xəyanət və rüşvəti isə qadağan edir. Bunların hamısı ya
sərvət sahəsində olub, ya da bir hissəsinin sahəsi sərvətdir.
İqtisadiyyat məsələləri aydınlaşmayınca, ədalət, əmanət, iffət və