Page 32 - Islamic Studies 07
P. 32

Qədim dinlər haqqında araşdırma / 31

                    Yunanlar da öz əfsanəvi tanrılarına sitayiş edirdilər və onlara
               qurbanlar  verirdilər.  Həmin  tanrılardan  bir  neçəsinin  adını  qeyd
               etmişik. Amma onların və ümumiyyətlə müxtəlif qədim xalqların
               əfsanəvi tanrılarının adlarını tam qeyd etmək olduqca çətin bir işdir.
                    Yunanlar  ağıllı  və  dərrakəli  idilər.  Hələ  elmin  müxtəlif
               sahələrini kəşf etmədiklərinə görə əfsanələr yaratmaqla  axtarışda
               olan zehnlərini sakitləşdiridilər. Necə ki yerin və göyün yaradanına
               sitayiş  etmək  əvəzinə  müxtəlif  bütlərə  sitayiş  edirdilər.  Yunanlar
               yavaş-yavaş  əfsanələri  fəlsəfə  ilə  dəyişməyə  başladılar  və  öz
               dövrlərində  elmin  öncülünə  çevrildilər.  Qeyd  etmək  lazımdır  ki,
               başqa xalq bu yolda lazımi uğur və müvəffəqiyyət əldə edə bilməyib.

                    3-3. Fəlsəfənin yaranması
                    Eramızdan təxminən beş əsr öncə Yunanıstanda böyük filosoflar
               meydana  çıxdılar  və yeni fikirlər  irəli  sürüldü.  Bu filosofların  ən
               tanınmışları  Sokrat,  Ploton  və  Aristotel  idi.  (Aristotel  Plotonun,
               Ploton isə Sokratın tələbəsi idi) Aristotelin düşüncələri təxminən iki
               min  il  Avropanın  və  İslam  dünyasının  elmi  mərkəzlərində  rəvac
               tapmışdı və olduqca az mütəfəkkir  bu fəlsəfi düşüncələri tənqid edə
               bilib.  Yunan  fəlsəfəsi  və  Aristotelin  düşüncələri  ilkin  əzəmətini
               itirməsinə baxmayaraq hələ də alimlər fəlsəfi məsələlərin şərhində
               qədim  Yunanıstanda  Plotonun  və  Aristotelin  əsərlərində  olan
               fəlsəfəyə müraciət etməyə bilmirlər. Yunan filosofları öz nəzəriyyə
               və  düşüncələrinin  təlimində  geniş  şəkildə  əfsanələrdən  istifadə
               etmişlər.  Belə  ki,  hal-hazırda  da  Plotonun  əsərlərinin  toplusu
               müxtəlif tanrıların adları ilə doludur. Onlar tanrılara aid edilmiş pis
               sifətləri  özündə əks etdirən  epik dastan  və hekayələrə etirazlarını
               bildirirdilər.  Plotonun  tanrışünaslıq  barədə  irəli  sürdüyü
               düşüncələrinə  görə  onu  müqəddəs  Ploton  (Divine  Plato)
               adlandırırdılıar. Aristotel “ilk mühərrik” nəzəriyyəsini irəli sürdü və
               təkallahlı dinlərin filosofları sonrakı dövrlərdə də onu öz dinlərinin
               tanrısı ilə eyni bildilər.

                      6.  Roma
                    Qədim dünyanın ən  güclü və əzəmətli ölkələrindən biri Roma
               idi. Roma Avropa, Türkiyə və Suriyanın böyük bir ərazisini özündə
   27   28   29   30   31   32   33   34   35   36   37