Page 28 - Islamic Studies 07
P. 28
Qədim dinlər haqqında araşdırma / 27
adlı övladları dünyaya gəlir. Osiris qardaşı Set (quraqlıq tanrısı)
tərəfindən qətlə yetirilir. İsis qətlə yetirilmiş həyat yoldaşı Osirisin
cəsədini böyük zəhmətlərdən sonra tapır və Misirə qaytararaq orada
gizlədir. Set bu hadisədən xəbərdar olan kimi yenidən Osirisin
cəsədini tapır və onu on dörd hissəyə parçalayır. Hər parçasını
Misirin bir yerində torpağa basdırır. Osirisin cəsədindən parçalar
basdırılmış yerlər o cəsədin bərəkətindən abad və məhsuldar
torpaqlara çevrilirlər. Artıq böyüyüb başa çatan Horus atasının
qisasını almaq üçün əmisi ilə döyüşür və gözlərindən birini
itirməsinə baxmayaraq əmisinə qalib gəlir, onu əsir tutaraq anasının
hüzuruna gətirir. İsis həyat yoldaşının qardaşını bağışlayır. Bundan
sonra Horus atasının cəsədinin parçalarını bir yerə toplayır və
hikmət tanrısının köməyilə onu dirildir. Osiris bundan sonra
dünyada qalmır və dünyanı oğlu Horusa tapşırıb özü yeraltı
dünyaya gedərək ölülərə hökmdarlıq edir.
3. Günəşə sitayiş
Dünyanın müxtəlif yerlərində günəşə sitayiş əqidəsinin tarixi
olduqca qədim zamanlara qayıdır və Qurani-Kərimdə də (o
cümlədən “Nəml” surəsi, ayə 24) buna işarə olunmuşdur. Həqiqətən
də, Allahdan kənarda sitayiş olunan bütün tanrılar arasında günəşin
malik olduğu sonsuz bərəkətə malik biri mövcud deyildir. Qədim
Misirdə günün müxtəlif saatları üçün günəşin nümayəndələri olan
tanrıların mövcud olduğunu bildirirdilər. Məsələn, səhər tanrısı
Xipra, günorta tanrısı Ra, axşam tanrısı Aton. Eləcə də,
peyinböcəyini günəşin yer üzündəki nümayəndəsi bilirdilər.
Misirlilər həmin həşəratı olduqca müqəddəs sayır, onun təsvirini
tilsimlərin üzərinə, şahların heykəllərinin sinəsinə və alnına həkk
edirdilər. Misirlilər həmin böcəkdən bərəkət və xoşbəxtlik
istəyirdilər.
1-4. Firona sitayiş
Qədimdə şahlara sitayiş etmək olduqca geniş yayılmışdı.
Onların ən son nümunələrindən biri Yaponiyanın sabiq imperatoru