Page 31 - Islamic Studies 07
P. 31
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 30
Poseidon (Dəniz tanrısı)
Hestia (Qadın tanrı və ailənin anası)
Demeter (Qadın tanrı, əkinçilik və təsərrüfat tanrısı)
Hermes (Hikmət tanrısı)
Ares (Müharibə tanrısı)
Sonrakı dövrlərdə insanların düşüncələrində dəyişikliklər
meydana çıxdı və onlar Zevsin Olimp dağının başında oturması və
digər tanrıların onun ətrafında toplaşması etiqadını irəli sürdülər.
Onlar ölümdən sonra həyatın mövcudluğuna inanmırdılar, amma
dünyada səadət və xoşbəxtlik içərisində yaşamaları üçün bütlərə
sitayiş edirdilər. Bu bütlər tanrıların və əfsanəvi qəhrəmanların
simvolları idilər. Onların kahinləri də var idi.
3-2. Əfsanələr
Bəşəriyyət həyatın sirlərinə aydınlıq gətirməkdə aciz olduğunu
anladıqdan sonra müxtəlif anlayışlara və fenomenlərə aydınlıq
gətirmək məqsədilə əfsanələr yaratmağa başladı və bu yolda uğur
əldə etmək üçün xəyal və fantaziyanın gücündən yararlandılar.
Əfsanələrin müxtəlif cəhətləri var idi və onların ən mühümü
kamilliyin və mənəvi böyüklüyün yayılması idi. Elə bu səbəbdən də,
əfsanələr qurucu qüvvəyə malik olmaqla yanaşı dağıdıcı qüvvəyə
malik idilər. Yəni fəzilətlərlə insan ruhunu qururdu, müxtəlif
fenomenlərə aydınlıq gətirdikdə isə insanın düşüncəsini dağıdırdı.
Bəşəriətdə mövcud olan bütün cəmiyyətlərdə əfsanələr olmuşdur və
bizim hal-hazırda əfsanə adlandırdığımız hadisələr öz zamanında və
öz yerində həqiqət kimi qəbul edilirdi.
Firdovsinin “Şahnamə” eposunun birinci hissəsi əfsanədir və
burada Rüstəm pəhləvan kimi qəhrəmanlar haqqında danışılır.
Rüstəm cəmiyyətdə və dünyada olan bütün əyrilikləri aradan
qaldırmaq, dəyərləri hakim etməkdən ötrü müxtəlif döyüşlər və
müharibələr aparır.
Elmi nöqteyi-nəzərdən din və fəlsəfə əfsanələrdən əmələ
gəlmişdir. Amma din barəsində irəli sürülmüş bu iddialar dini
nöqteyi-nəzərdən tam yanlışdır və dindarların bu məsələyə
yanaşması tam fərqlidir.