Page 29 - Islamic Studies 07
P. 29

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 28

               Hiro Hitodur. Qeyd etmək lazımdır ki, imperatorluq onun öz istəyi
               ilə 1946-cı ildə ləğv olunmuşdur.1
                    Misir  Fironları  (Yapon  imperatorları  kimi)  Günəş  tanrısının
               nəslindən  olan  tanrılar  kimi  qəbul  edilirdilər  və  onlara  sitayiş
               edilməsinin əsas səbəbi də elə bundan ibarət idi.

                      4.  Babilistan (Vavilon)
                    Babilistan  uzun  illər  boyu  sivilizasiya,  mədəniyyət  və  elmin
               mərkəzi  olmuşdur  və  bu  şəhərin  adı  Yəhudilərin  və  Xristianların
               müqəddəs kitablarında yer almışdır. Qurani-Kərimdə də (“Bəqərə”
               surəsi, ayə 102) Babil adı qeyd olunmuşdur. Cəbr, bir çox riyazi və
               elmi  məsələlər  Babilistan  mədəniyyətində  yaranaraq  günümüzə
               qədər gəlib çatmışdır.

                    2-1. Babilistanda baş verən dini dəyişikliklər
                    İraqın müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar zamanı
               çoxlu  sayda  tanrı  heykəli  tapılmışdır  və  dünyanın  müxtəlif
               muzeylərinə  göndərilmişdir.  Bu  tanrılar  Animizmin  inkişaf  etmiş
               formasının nümunələri idi.
                    Babilistan  fetişizmdən  müxtəlif    tanrılara  sitayişə  qədər  olan
               rəngarəng etiqad yolu keçmişdir.  Bu tarixi dönəm  təxminən dörd
               min il çəkmişdir. Sonda Ay, Günəş və planetlərin nümayəndələri
               olan  ruhlara  sitayiş  mərhələsi  meydana  çıxmışdır.  Amma  tarixin
               əksər  dönəmlərində  tanrıların  ən  üstünü  və  ən  böyüyü  Mərdux
               olmuşdur.

                     2-2. Babilistan üçlüyü
                    Babilistanlıların  saysız-hesabsız  tanrıları  arasında  altı  tanrı
               digərlərindən  daha  çox  tanınmağa  başladı.  Onlar  iki  üçlüyə
               bölünərək  sitayiş  olunmağa  başladılar.  Birinci  üçlüyə  Anu  (səma
               tanrısı), Enlil (hava və müharibə tanrısı) və Eaa (su tanrısı) və ikinci




               1   Yamaykada  da  “Rastafərinlər”  Efiyopiyanın  sabiq  imperatoru  Haylasilasinin
               müqəddəsliyinə  inanaraq  ona  sitayiş  edirdilər.  Onun  hakimiyyəti  1974-cü  ildə  baş
               vermiş çevriliş zamanı süquta uğradı.  1975-ci ildə edam edilməsinə baxmayaraq ona
               sitayiş edən insanların əqidəsi dəyişmədən qaldı.
   24   25   26   27   28   29   30   31   32   33   34