Page 24 - Islamic Studies 07
P. 24
Qədim dinlər haqqında araşdırma / 23
ehtirama layiq heyvanlar mövcuddur və bir çox hallarda həmin
heyvanların təsvirləri ölkələrin bayraqları üzərində öz əksini tapır.
Müxtəlif xalqlarına tarixinə müraciət etdikcə Afrikada şirə,
Hindistanda pələngə, Şimali Amerikada qartal, ayı və itə,
Yunanıstanda və Misirdə öküzə, Hindistan, Afrika və Skandinaviya
ölkələrində inəyə, Hindistanın cənub bölgələrində camışa,
Avstraliyada kenquruya sitayiş edildiyini müşahidə edə bilərik.
Həmin heyvanlar adı çəkilən xalqların totemi sayıla bilər. Hələ də
bir çox xalqlar göyərçini və ilanı müqəddəs sayırlar. Qeyd etmək
lazımdır ki, “totem” sözü Amerikanın yerli əhalisi olan
qırmızıdərililərin dilindən götürülmüşdür.
Tabu isə, hər bir qəbilənin evlilik və qidalanma sahələrində
qoyduğu qadağadır. Hər hansı bir qəbilənin yalnız qəbilədaxili
evliliyə icazə verməsi, digər qəbilələrlə qohumluq əlaqələrinin
haram bilinməsi və ya da tam tərsi mümkündür. İkinci halda qəbilə
üzvləri həyat yoldaşı tapmaq üçün başqa qəbilələrə müraciət etmək
məcburiyyətində qalır. Qidalanma sahəsində tabu belə məna
daşıyırdı ki, hər kəs öz yeməyini özü əldə etməli və onu təklikdə
yeməli idi. Tabu sözü Polineziya adalarında yaşayan ibtidai
xalqların dilindən götürülmüşdür.
Animizm
Bir çox xalqların antik din və məzhəbləri animist olmuşdur. Bu
əqidəyə əsasən təbiətdə olan bütün şeylərdə ruh və güc vardır. Bu
ruh və gücdən yararlanmaq üçün onlara sitayiş etmək lazımdır.
Torpağın, səmanın, səma cisimlərinin, alovun, şımşəyin, buludun,
dənizin, çayın, tufanın, meşənin, bitkilərin və heyvanların, xüsusən
də inəyin, kobra ilanının, eləcə də qəbilə toteminə, əcdadların
ruhuna inanmaqla yanaşı cin və şeytan kimi qorxulu mövcudların
gücündən istifadə etmək qədim xalqlar arasında geniş yayılmışdır.
(Cinə ibadət etmək və bəzi nadan insanların cinlərə pənah aparması
Qurani-Kərimdə qadağan edilmişdir: Ənam surəsi: 100, Səba surəsi
41 və Cin surəsi 6).
Animistlər təbiətiin şüurlu və insanabənzər (anthropomorphic)
olduğunu qəbul edir, ona özünəməxsus formada sitayiş edirlər.
Onun üçü qurbanlar kəsirlər və təbiətin belə şeylərin təsiri altına