Page 22 - Islamic Studies 07
P. 22
Qədim dinlər haqqında araşdırma
1
Xədicə Qaraisayeva
Abstrakt
Qədim dinlər sahədə araşdırma aparan tədqiqatçıların
nəzərincə din barəsində mövcud olan ilk nümunələr təbiətə sitayişlə
bağlıdır. Dünyanın ən ucqar yerlərində və ən uzaq bölgələrində
ibtidai formada yaşayan insanlar arasında bu əqidəyə olan bağlılıqlar
hələ də mövcuddur. Təbiətə sitayiş əqidəsində təbətin gücünü ram
etməkdən ötrü ilk olaraq həmin qüvvəyə ibadət etmək və onlardan
ehsan etmələrini istəmək lazımdır. Hal-hazırda mövcud olan və
ibtidai formada yaşayan insanlar arasında müxtəlif dini mərasimlər
mövcuddur. Bu mərasimlərdə qəribə geyimlər geyilir, maskalar
taxılır və ritmik hərəkətlər nümayiş etdirilməyə başlanılır. Eləcə də,
həmin mərasimlərdə təbiət qüvvələrindən kömək istənilir.
Buludlardan yağış yağması, çaylardan tüğyan qoparmadan onların
susuzluqlarını yatırtması, torpaqdan yaşıllaşma, tarla və ağaclardan
daha yaxşı və daha çox məhsul vermələri və sair şeylər istənilir.
Açar kəlmələr: ibtidai, qədim, din, tanrı
1 - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum