Page 52 - Islamic Studies 07
P. 52
İmamətin zərurəti
1
Sadiq Fəthəliyev
Abstrakt
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər
əhalisinin (onlara “ənsar” deyilirdi), xüsusilə, Məkkədən köçüb
oraya gələn mühacirlərin misilsiz kömək və himayələrindən
bəhrələndikdən sonra islam cəmiyyətinin əsasını qoyaraq onu idarə
etməyə başladı. “Peyğəmbər məscidi” ilahi risalətin təbliğ olunduğu,
ibadət və camaatın tə’lim-tərbiyə mərkəzi olmaqdan əlavə,
mühacirlərin və məhrum kütlələrin də mə’nəvi sığınacaq yeri idi.
Peyğəmbər (s) onların maddi çətinliklərini və iqtisadi məsələlərini
məhz həmin yerdə həll edirdi. Həmçinin münaqişəli məsələlərin
çözülməsi, hərbi tədbirlər barədə qərar qəbul edilməsi, cəbhələrə
kömək və s. kimi hökumət məsələləri də burada həll olunurdu.
Aydındır ki, dünyanın sonuna qədər bütün bəşər cəmiyyətlərini düz
yola hidayət etməyə qadir olmasını iddia edən bir din bu kimi
mühüm məsələlərə laqeyd yanaşa bilməz.
Açar kəlmələr: peyğəmbər, imam, elm, hidayət
1 - İslam araşdırmaları fakültəsində könüllü araşdırmaçı, Hikmət və Dinlərarası
Araşdırma İnstitutu, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum