Page 55 - Islamic Studies 07
P. 55
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 54
cərgələrində təfriqə yaransın və kafirlər qarşısındakı sıx birlikləri
aradan getsin. Bütün müsəlmanlara vacibdir ki, ziyanı özlərinə
qayıdan, İslam cəmiyyətinin zəifləməsindən başqa bir nəticəsi
olmayan işlərdən çəkinsinlər. Digər tərəfdən də müsəlmanların
vəhdət və birliklərinin qorunub saxlanması haqq məzhəbin ayırd
edilməsi və imamət məsələsinin araşdırılması üçün sağlam mühit
yaradılmasına lazım olan təhqiq və sə’ylərə mane olmamalıdırlar.
Bu elə bir məsələdir ki, onun düzgün şəkildə həll olunması
müsəlmanların müqəddəratının həll edilməsində, onların dünya və
axirət səadətlərində tam mə’nada tə’sirlidir.
İmamət məfhumu
“İmamət” sözünün lüğəti mə’nası rəhbərlik, başçılıq etmək
deməkdir. Haqq və ya batil yolda olmasından asılı olmayaraq
müəyyən bir qrupun rəhbərliyini öhdəsinə alan şəxsə “imam”
deyilir. Belə ki, Qur’ani-kərim “əimmətəl-kufr”1 kəlməsini kafir
başçıları ilə əlaqədar işlətmişdir. Namazda başqalarının iqtida etdiyi
şəxs də camaat namazının imamı adlandırılır.
Amma kəlam elmində «imamət» sözündən aşağıdakı kimi
istifadə olunur:
“İslam cəmiyyətində müsəlmanların bütün dünyəvi və dini
işləri ilə əlaqədar olan hərtərəfli rəhbərlik».
“Dünyəvi” kəlməsinin imamətin əhatə hüdudlarının
genişləndirir. Çünki cəmiyyətin dünyəvi işlərinin idarə olunması
İslam dininin ayrılmaz bir hissəsidir.
Şiələrin nəzərinə görə belə bir rəhbərlik yalnız o zaman qanuni
olacaqdır ki, Mütəal Allah tərəfindən tə’yin olunsun. Belə bir
məqama əsalətən malik olan şəxs islami hökmlərin və maarifin
dəqiq şəkildə bəyan olunması üçün hər növ xətadan, eləcə də
günahlardan uzaq olmalıdır. Həqiqətdə mə’sum imam Peyğəmbəri-
Əkrəmin (s) nübüvvət və risalətdən başqa malik olduğu bütün
məqamlara malikdir. Həmçinin onun sözləri islam maarifi və qayda-
qanunlarının və dini həqiqətlərin bəyan olunmasında höccətdir. Həm
də müxtəlif hökumət işləri ilə əlaqədar məsələlərdə ona itaət etmək
vacibdir.
1 “Tövbə” surəsi, ayə:12.