Page 60 - Islamic Studies 07
P. 60

İmamətin zərurəti / 59

               Bəndələri üzərində əsalətən vilayət haqqına yalnız O malikdir. Belə
               bir haqqı aşağı mərtəbələrdə şəraitə malik olan şəxslərə verə bilər.
                     Qeyd  olunmalıdır  ki,  sünnilər  bu  xüsusiyyətlərin  heç  birini
               xəlifələrdə zəruri və kafi şərt bilmirlər; nə onların Allah tərəfindən,
               nə də Peyğəmbər (s) tərəfindən tə’yin olunmasına inanırlar. Bundan
               əlavə,  xəlifələr  üçün  Allah  tərəfindən  verilən  elm  və  ismət
               səciyyəsinin  olduğuna  da  e’tiqad  bəsləmirlər.  Hətta  onların  düz
               yoldan çıxmaları, yol verdikləri səhvlər və camaatın dini suallarına
               cavab verməkdə aciz qalmaları özlərinin mö’təbər kitablarında qeyd
               olunmuşdur. Belə ki, birinci xəlifənin belə dediyi nəql olunmuşdur:
               “İnnə  li  şeytanən  yə’tərini  – mənim  bir şeytanım  vardır  ki,  məni
               yoldan azdırır». İkinci xəlifə də birinci xəlifəyə bey’ət edilməsini
               “fəltə” (ölçüb-bililmədən görülən tələm-tələsik iş) adlandırmışdır.1
               Həmçinin ikinci xəlifə bu cümləni dəfələrlə təkrar etmişdi: “Ləv la
               Əliyyun ləhələkə Ömər – əgər Əli olmasaydı Ömər həlak olardı».2
               Üçüncü  xəlifənin, 3  eləcə  də  Bəni-abbas  və  Bəni-üməyyə
               xəlifələrinin  yol  verdikləri  ciddi  nöqsanlar  və  rüsvayçı  əməllər
               tarixin  danılmaz  məsələlərindəndir.  Müsəlmanların  tarixi  barədə
               azacıq  mə’lumatı  olan  hər  kəs  bu  mətləblər  barədə  kifayət  qədər
               mə’lumat əldə edə bilər.
                     Yalnız şiələr yuxarıda qeyd olunan üç şərtin on iki imamda
               olduğuna     inanırlar.   Qeyd     olunanlardan     onların    imamət
               məsələsindəki  e’tiqadlarının  düzlüyü  sübuta  yetir  və  əlavə  dəlilə
               ehtiyac duyulmur. Eyni zamanda gələn dərsdə Qur’an və Peyğəmbər
               (s) sünnəsindən istifadə olunan bə’zi dəlillər qeyd olunacaqdır.

                     Təyin olunma prossesi
                     Əvvəlki dərsdə izah etdik ki, nübüvvətin mə’sum imam tə’yin
               olunmadan  sona  çatdırılması  Allahın  hikməti  ilə  ziddir  və  İslam
               dininin  əbədi  və  dünya  səviyyəsində  olan  kamil  bir  din  olması
               bununla  şərtlənir  ki,  Peyğəmbəri-Əkrəmdən  (s)  sonra  onun  üçün
               layiqli canişinlər tə’yin olunsun və bu canişinlər nübüvvət və risalət
               məqamından  başqa  Peyğəmbərin  malik  olduğu  bütün  ilahi
               məqamlara malik olsun.

               1 “Şərhi Nəhcül-bəlağə”, 1-ci cild, səh 142, 158, 3-cü cild, səh-57.
               2 “Əl-Qədir”, 6-cı cild, səh-93-dən sonra.
               3 “Əl-Qədir”, 8-ci cild, səh 97-dən sonra.
   55   56   57   58   59   60   61   62   63   64   65