Page 64 - Islamic Studies 07
P. 64
İmamətin zərurəti / 63
Sadiq ibni Məhəmməd, ondan sonra Musa ibni Cə’fər, ondan sonra
Əliyyibni Musa, ondan sonra Məhəmməd ibni Əli, ondan sonra
Əliyyibni Məhəmməd, ondan sonra Həsən ibni Əli, ondan sonra isə
adı mənim adımla, künyəsi də mənim künyəmlə eyni olan, Allahın
yer üzündəki höccəti, bəndələri içərisində saxladığı şəxs – Həsən
ibni Əlinin övladıdır.»1
Peyğəmbəri-Əkrəmin (s) əvvəlcədən verdiyi xəbərə görə Cabir
imam Baqirin (ə) dövrünə qədər yaşadı və Peyğəmbərin salamını
ona çatdırdı.
Digər bir hədisdə Əbu Bəsir deyir: Mən “ulul-əmr” ayəsi
barəsində imam Sadiqdən (ə) soruşduqda, o buyurdu: “Bu ,Əliyyibni
Əbi Talib, Həsən və Hüseynin barəsində nazil olmuşdur.”
Ərz etdim: «Camaat deyir ki, nə üçün Qur’ani-kərim Əlini və
onun Əhli-beytini tək-tək adları ilə təqdim etməmişdir?» Buyurdu:
Onlara de ki, namaz ayəsi nazil olduqda üç, yaxud dörd rəkət
qılınması qeyd olunmamışdı. Onu Peyğəmbəri-Əkrəm (s) camaat
üçün təfsir etmişdi. Zəkat, həcc və s. ayələri də eyni qayda ilə. Bu
ayə də Peyğəmbəri-Əkrəm tərəfindən təfsir olunmalı idi və o Həzrət
də (s) buyurmuşdu: “Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə,
Əli də onun mövlası və ixtiyar sahibidir”. Eləcə də buyurmuşdu:
“Allahın kitabını və Əhli-beytimi sizə tövsiyə edirəm. Həqiqətən
mən Allahdan istəmişəm ki, onları “Kövsər” hovuzunda mənim
yanıma gətirdiyi vaxta qədər onların arasında ayrılıq salmasın və
Allah da mənim bu duamı qəbul etdi.»
Yenə də buyurdu: “Siz onlara bir şey öyrətməyin! Həqiqətən
onlar sizdən daha biliklidirlər. Onlar heç vaxt sizi hidayət qapısından
çıxarmaz və zəlalət qapısına aparmazlar.»2
Eləcə də dəfələrlə, həmçinin mübarək ömrünün axır
vaxtlarında buyurmuşdu: “Həqiqətən mən sizin aranızda iki ağır
əmanət qoyub gedirəm: Allahın kitabı və mənim Əhli-beytim. Onlar
“Kövsər” hovuzunun yanında mənə gəlib çatana qədər bir-birindən
ayrılmazlar.»3
1 “Ğayətul-məram” (qədim çap), səh-267, 10-cu cild; “İsbatul-hudat”, 3-cü cild, səh-
123; “Yənabiul-məvəddət”, səh-494.
2 “Ğayətul məram” (qədim çap), 3-cü cild, səh-265.
3 Bu hədis də mütəvatir rəvayətlərdəndir ki, böyük sünni alimləri, o cümlədən Termezi,
Nəsai, Müstədrəkin müəllifi müxtəlif yollarla Peyğəmbərdən nəql etmişlər.