Page 67 - Islamic Studies 07
P. 67

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 66

               soruşdum:  “İndəhu  ilmul-kitab”  dedikdə  məqsəd  bu  şəxsin
               atasıdırmı?” Buyurdu: “Xeyr! Məqsəd Əliyyibni Əbi Talibdir ki, “və
               yətluhu şahidun minh» ayəsi, eləcə də “innəma vəliyyukumullah»
               ayəsi onun şə’nində nazil olmuşdur.”
                     Sünni və şiələr tərəfindən nəql olunan bir neçə rəvayətdə də
               “Hud” surəsindəki “şahid” sözündən məqsədin Əliyyibni Əbi Talib
               (ə)  olduğu  aşkar  şəkildə  bəyan  edilmişdir.1 Bu  ayədəki  “minhu»
               kəlməsinin  xüsusiyyətlərinə  diqqət  yetirməklə  onun  nümunəsinin
               həzrət Əlidən (ə) başqa heç kəsin olmadığı aydın olur.
                     İlmul-kitaba malik olmağın mahiyyəti o zaman aydın olar ki,
               Qur’ani-kərimdə həzrət Süleymanın (ə) əhvalatları nəql olunarkən
               Bilqeysin taxtının bir göz qırpımında gətirilməsinə diqqət yetirək.
               Bu barədə buyurulur:  «İlmul-kitabdan  bəhrəsi  olan bir şəxs dedi:
               Mən onun (Bilqeysin) taxtını bir göz qırpımında gətirərəm.»2
                     Bu ayədən mə’lum olur ki, ilmul-kitabın  bə’zi qismlərindən
               agah olmağın belə qəribə tə’sirləri vardır. Buradan da ilmul-kitabın
               hamısına malik olmağın nə kimi böyük tə’sirləri olduğu aydın olur.
                     İmam  Sadiqdən  (ə)  nəql  olunan  bir  hədisdə  buyurulur:
               «Hərgah imam müəyyən bir şeyi bilmək istəsə Mütəal Allah onu
               agah edər.»3
                     Həmçinin  o  Həzrətdən  (ə)  nəql  olunan  çoxlu  rəvayətlərdə
               buyurulur:  «Ruh  Cəbraildən  və  Mikaildən  daha  böyük  olan  bir
               mələkdir  ki,  Rəsuli-Əkrəmlə  (s)  birgə  olmuş  və  ondan  sonra  da
               imamlarla yanaşıdır və onu təsdid eləyir (qüvvətləndirir).»4
















               1 “Ğayətul məram” (qədim çap) səh 359-361.
               2 “Nəml” surəsi, ayə:40.
               3 “Üsuli-kafi”, 1-ci cild, səh.258
               4 “Üsuli-kafi”, 1-ci cild, səh.273.
   62   63   64   65   66   67   68   69   70   71   72