Page 72 - Islamic Studies 07
P. 72

İxlas və riya



                                       1
                    Ceyhun Cəfərov


                     Abstrakt

                     Mənəviyyatın,  nəfsani  fəzilətlərin  və  ali  insani  dəyərlərin

               özülünün  islah  olunması  və  möhkəmləndirilməsi  islam  əxlaqının
               əsasıdır.  Ona  görə  bütün  əməllər-istər  mənəvi,  istərsə  də  cismi
               olsun,məxsusən ibadətlər niyyətə bağlıdır. Niyyət o qədər təsirlidir
               ki,  əslində  ibadət  olmayan  hər  hansı  bir  mübah  əmələ  ilahi  rəng
               vurub  Allaha  yaxınlıq  niyyətilə  yerinə  yetirərək  onu  ibadət
               dərəcəsinə qaldırıb əcr və savaba yetişdirir. Məsələn, əgər yemək və
               ya istirahət etmək yenidən qüvvə toplayıb yaxşı ibadət etmək və ya

               xalqa xidmət  göstərmək  üçün olarsa,  ibadət sayılar. Halbuki  belə
               əməllər əslində ibadət deyildir. Deməli, bu keyfiyyətə görə niyyətə
               əməlin ruhu və özülü demək olar.

                     Açar kəlmələr: niyyət, ixlas və şirk, riya və nifaq
























               1  -Dini araşdırmaçı, tərcüməçi (Məhəmmədrza Məhdəvi Kəninin “İslamda əxlaq”
               kitabından)
   67   68   69   70   71   72   73   74   75   76   77