Page 77 - Islamic Studies 07
P. 77
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 76
fərqlənir. Bu məhkəmədə haqq, ədalət məfhumu çox əhatəli və
1
genişdir.
3)Hərəkət (razılıqla baş verən) özü də iki xarakterə malikdir:
fərdi və ictimai. Fərdi hərəkət yalnız bir nəfərin istəyi ilə baş verir
və ancaq həmin şəxs üçün müəyyən bir əhəmiyyət kəsb edir. İctimai
əməl bir nəfər tərəfindən həyata keçirilsə də, böyük ictimai
əhəmiyyətə malikdir. Məsələn, baxmayaraq ki, Saleh peyğəmbər(ə)-
in dəvəsi bir nəfər tərəfindən təqib edilib öldürülmüşdü, lakin
başqaları da onunla həmfikir olduğu üçün Allah-təala bu əməli
ümumilikdə Səmud qövmünə aid edərək buyurur:
“...Onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə
onların kökünü kəsib yerlə yeksan etdi.”(«Şəms»-14).
İctimai işlərdə fikiri və əməli asılılıq əsas deyil, yetər ki, qəlbən
və ruhən razılıq olsun.000 Cəmiyyətin bir nümayəndəsi olan icraçı
cəmiyyətə arxalanır, buna görə də onun törətdikləri cəmiyyətin
hesabına keçərək, ictimai məzmun daşıyır.
İslam mədəniyyətində bu ortaqlıq üçün zaman və məkan, uzaq-
yaxınlıq şərt deyildir, yəni bu ictimai ortaqlıqda gələcəkdəkilər
keçmişdəkilərlə oxşar olacaqlar. Buna görə də cəmiyyət ictimai
rəqabətlər və ziddiyyətlərdə qarşılıqlı əməllərin cəriməsini ödəyir.
Nə üçün? Ona görə ki, əqidə və məqsəddə onlarla ortaqdırlar.
Əməllərinə qarşı razılıqlarını izhar edirlər. Ümumiyyətlə, məhəbbət
və nifrətdə şərikdirlər. Bunu şərh etməklə ümumi ictimai əməllərdə
tabelik fəlsəfəsi aydın olur. Təsadüfi deyildir ki, ayə və rəvayətlərin
çoxu asılılığın fərdi əməllərdə yox, ictimai əməllərdə daha çox
özünü biruzə verməsini qeyd edir:
“Kim bir qövmün əməli ilə razı qalarsa....” və ya “Hər hansı
bir qövmün əməlindən razı qalan onlardan sayılır və s.”
Bu hədislərdə fərdin yox, cəmiyyətin hərəkəti müzakirə
olunur, çünki ictimai təsir fərdi təsirdən daha güclüdür.
1 Bu məsələlərlə maraqlanmaq istəyənlər ustad Əllamə Təbatəbainin əsərlərinə və şəhid
Mütəhhərinin 147“İnsan və tale”, «İlahi ədalət” kitablarına müraciət edə bilərlər.