Page 82 - Islamic Studies 07
P. 82
İxlas və riya / 81
Nəticə
Möminin niyyəti səmimi olduqda əhəmiyyət kəsb edir. Başqa
sözlə, icraçı gözəlliyi əməl gözəlliyindən yaxşıdır. Çünki icraçı
gözəlliyinin iki xüsusiyyəti vardır: əməli gözəl, icraçını isə
əməlisaleh edir. Əməl gözəlliyi isə bunun əksi olaraq icraçıya heç
bir təsir bağışlamır, yəni hər kim qeyri-səmimi gözəl bir iş görərsə,
niyyətinin səmimiyyəti olmadığından həmin xeyir əməlin ona heç
bir faydası yoxdur. Buna görə də Allah-təala “Qurani-Kərim”də
buyurur:
“Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla)
çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” («İsra» - 19).
Peyğəmbər(s) buyurmuşdur:
“Hər kim Allahdan sidq ürəklə şəhadətə yetməyi diləyərsə,
Allah-təala onu evində vəfat etsə belə, şəhidlər məqamına
1
yüksəldər.”
Həzrəti-Əli(ə) buyurur:
“......... Allah-təala bəndələrindən kimi istəyərsə, saf niyyəti və
2
təmiz ürəyinə görə behiştə daxil edər.”
İmam Sadiq(ə) buyurur:
«Fəqir mömin bəndə deyər: «İlahi! Xeyir işlər görmək üçün
mənə bir vasitə göndər.» Əgər Allah-təala onun bu diləyinin saf
niyyətlə olduğunu görərsə, o xeyir əməlin əcr və savabını onun
əməllər kitabçasına yazar. Həqiqətən, Allah-təala ehtiyacsız və
3
kərimdir.”
Bu şərtlər bir yerdə cəmləşdikdə möminin niyyətinin niyə görə
əməlindən yaxşı olduğunu bir daha sübut edir:
1 «Səhih Müslim» II c/ səh-103;
«Sünəni ibn Macə» II c/səh-539 / hədis №2797.
2 «Nəhcül bəlağə» Sübhi Salehi: Hikmət №42
3 “Üsuli-kafi” İslamiyyə çapı: II c/səh-69;
«Səfinətül bihar» II c /səh-628;
«Vəsailüş-şiə» II c/səh-35.