Page 79 - Islamic Studies 07
P. 79

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 78

                     a) Təcərri (günah etmək qəsdi) iki cürdür: birinci, əməli yerinə
               yetirməmiş peşman olub daxili çarpışma nəticəsində öz ixtiyarı ilə
               günahdan çəkinmə; ikincisi isə,  müəyyən həddə qədər gəlib xarici
               amillərin  təsiri  ilə  günahdan  çəkinmə.  Birinci  halda  (günahın
               niyyəti) günahkar  bağışlanır, çünki peşmançılıq  onun ruhunun və
               təbiətinin  paklığına  dəlildir.  Belə  bir  şəxs  bağışlanmağa  layiqdir.
               Amma  ikincidə  bağışlanmır.  Belə  şəxs  üsyankar  ruha  malik
               olduğuna və Allahına qarşı təqvasızlığından günaha yaxınlaşdığına
               görə tənqidə və cəzaya layiqdir. O öz-özünə günahdan çəkinməmiş,
               əksinə, xarici maneələr onu günah etməkdən çəkindirmişdir.
                     b)  Təcərri  bəzən  günahı  fikirləşib  etməmək  və  bəzən  də
               təşəbbüs  göstərməklə  bitir.  Birinci  cəhd  insanın  əməllər
               kitabçasında günah kimi qeyd olunmur. İkinci isə haramdır və bu
               əməlin  sahibi  cəzalandırılmalıdır,  ona  görə  ki  niyyət  təşəbbüslə
               yanaşı  olarsa,  (Allah  qarşısında)  üsyankarlıq,  dikbaşlıq  və
               təqvasızlığa  dəlildir.  Birinci  halda  Allah  qarşısında  dikbaşlıq  və
               üsyankarlığa dəlil olan heç bir təşəbbüs yoxdur.
                     v) Müəllifin nəzərincə, təcərrini (günahı fikirləşmək) başqa cür
               də  təsnif  etmək  olar.  Niyyət  iki  formada  ola  bilər:  ötəri  və  sabit
               niyyət (dəyişilməz niyyət).

                     Nəfsani qüvvələrin coşub-daşması ilə insan nəfsində yaranan
               və heç bir əxlaqi, etiqadi kökü olmayan niyyətə ötəri niyyət deyilir.
               Bu cür niyyətlər xatirə, arzu, ani həvəsin nəticəsində meydana gəlib,
               tez də ötüb keçir, öz yerini isə yaxşı və müsbət düşüncələrə verir.
               Məsələn,  Ramazan  ayında  biri  ləzətli  xörək  gördükdə  orucunu
               pozub iftar etmək istəyir, lakin bilavasitə bu fikirdən dönür.

                     İnsanın ruhi dərinliklərindən axıb gələn, onun etiqad, xasiyyət
               və xarakterindən irəli gələn niyyətə sabit niyyət (dəyişilməz niyyət)
               deyilir.Bu növ niyyət insanın həqiqi simasını üzə çıxarır. “Qurani-
               Kərim”də «şakilə» (xislət) adlandırılaraq buyurulur:

                     «De: «Hərə öz xislətinə1 görə iş görər...» («İsra»-84).





               1  İmam Sadiq(ə)-dən belə nəql olunur ki, «şakilə»dən (xislətdən) məqsəd niyyətdir.
   74   75   76   77   78   79   80   81   82   83   84