Page 74 - Islamic Studies 07
P. 74

İxlas və riya / 73

                     Sonra ibn Əbil Hədid yazır:

                     “Həbbeyi  Ərəni  adlı  bir  nəfər  deyir:  «İmam(ə)  beytül-malı
               səhabələr arasında bölüşdürdükdən sonra başqaları kimi özünə də
               beş  yüz  dinar  pul  ayırdı.  Döyüşdə  iştirak  etməmiş  bir  şəxs  o  ali
               Cənaba yaxınlaşıb dedi: “Ey Əmirəl-möminin! Bu vuruşda cismim
               sizinlə birgə olmasa da, qəlbim sizinlə idi. İstəyirdim, bu döyüşdə
               sizinlə bir yerdə vuruşum. Mənə də puldan əta et. İmam(ə) öz payını
                                                            1
               ona verib özü üçün heç bir şey saxlamadı.”
                     Bu  məsələdən  belə  başa  düşürük  ki,  əgər  biri  başqalarının
               işindən razı olarsa, demək, əzab və savabında da onlarla şərikdir.

                     Niyyət-insan şəxsiyyətini formalaşdıran amil kimi

                     Əməlin  keyfiyyət  və  dəyərinə  niyyət  güclü  təsir  bağışladığı
               kimi,  insan  şəxsiyyətinin  formalaşmasına  da  böyük  əhəmiyyətə
               malikdir.  Əgər  bizi  əhatə  edən  adamların  şəxsiyyətini  öyrənmək
               istəsək,  bunu onun  düşüncə və məqsədlərində  axtarmaq  lazımdır.
               Təkcə  özünü  düşünən  adamla  xalqın  nicatı  üçün  çalışan  şəxs
               eynidirmi? Özünə qənimət ələ keçirmək üçün döyüşə gedən adamla
               Allah rizasına görə vuruşan adama bir cərgədə baxmaq olarmı? Bu
               bərabərlik  və  bərabərsizlik  insanların  əməlləri  ilə  yox,  onların
               şəxsiyyəti və məqsədləri ilə əlaqədardır, çünki zahirdə əməl birdir,
               onun heç bir fərqi yoxdur. Şücaət göstərib rəşadətlə vuruşan iki dəstə
               arasındakı fərq düşüncə və niyyətdədir. İmam Sadiq(ə) bu ölçü ilə
               bəndələri  üç  qismə  bölərək  hər  birini  ibadətdə  olan  niyyətlərinə
               uyğun bir xüsusiyyətlə vəsf edir:

                     “Həqiqətən,  Allah  bəndələri  üç  dəstədirlər.  Birinci  dəstə
               Allaha  cəhənnəm  əzabının  qorxusundan  ibadət  edir.  Bu,  qulların
               ibadətidir.  İkinci  qrup  cənnətə  və  mükafata  görə  Allaha  ibadət
               edirlər. Bu da nökər və muzdur ibadətidir. Üçüncü dəstə isə Allahı
               sevdiklərindən ona ibadət edirlər. Bu isə azadələrin ibadətidir, yəni
               onlar  Allaha  cəhənnəm  əzabından  qorxduqlarına  və  cənnət
               nemətlərinə görə yox, Allaha bəslədikləri məhəbbət və pak niyyət
               üzündən ibadət edirlər. Bu, ibadətin ən uca zirvəsidir.”
                                                                        2

               1  «Şərhi-Nəchül-Bəlağə» ibn Əbil-Hədid: I c/s-249,250.
               2  “Biharül-ənvar” Beyrut çapı: LXVII c/s-255;
   69   70   71   72   73   74   75   76   77   78   79