Page 78 - Islamic Studies 07
P. 78

İxlas və riya / 77

                     Yuxarıda  sözügedən  asılılıq  icraçı  və  həmrəy  tərəflər
               arasındakı mənəvi və mədəni bağlılığın ifadəsidir. Bu cəhətdən fərdi
               hərəktlə ictimai hərəkət arasında heç bir fərq yoxdur. Bunlar yalnız
               əhatə dairəsinə görə fərqlənirlər.
                     Şübhəsiz, hər hansı bir hərəkətə müsbət münasibət bəsləyən
               onun icraçısının savab və əzabı ilə şərikdir.

                     4)Dördüncü  mətləb  niyyətin  mənəvi  və  əxlaqi  inikaslarıdır.
               Məhəbbətin  və  nifrətin  yaxşı  və  pis  düşüncələrin  insan
               mənəviyyatının  və  ruhiyyəsinin  formalaşmasında  təsiri  olmayıb
               onun xoşbəxt və ya bədbəxt olacağını qabaqcadan xəbər verməsi.

                     İmam Sadiq(ə) məhəbbət və nifrətin imandan olmasını xəbər
               alan şəxsə belə cavab verir:
                                                                                    1
                     “Məgər iman məhəbbət və nifrətdən başqa bir şey deyilmi?”
                     Məhəbbət  və  nifrət  bir-birlərindən  ayrılmazdırlar.  Bunlar,
               təqribən eyni təsirə malikdirlər. Niyyət məhəbbət və nifrətin əlaməti,
               məhəbbət  və  nifrət  imanın  nişanəsi,  iman  isə  inam  və  əqidənin
               göstəricisidir. İnsanın inam və əqidəsi onun daxili aləmi və spesfik
               xüsusiyyəti olduğundan, həqiqətdə, niyyətin bu zəncirin bir halqası
               olduğunu söyləmək olar.

                     5)Üsul  alimləri  “təcərri”  (günah  etmək  qəsdi)  fəslində
               buyurmuşlar:  “Günah  niyyəti  əmələ  çevrilməzsə,  bağışlanar  və
               niyyət sahibi üçün heç bir günah yazılmaz. Bu fikrin tərəfdarları öz
               müddəalarının isbatı üçün rəvayətlər qeyd etmişlər.
                     *Sual:

                     Əvvəlki  bəhslərdə  gözəllik,  qəbihlik,  savab  və  əzabın
               meyarının niyyət olduğundan danışdıq. Birinin qəlbən başqalarının
               əməlilə razılaşması onu savab və əzabda onlarla şərik edir. Belə isə
               bu,  yuxarıda  qeyd  etdiyimiz  məsələ  (niyyətin  əmələ  çevrilməzsə,
               bağışlanması) ilə zidd olmurmu?

                     İslam alimləri bu suala bir neçə şəkildə cavab vermişlər:




               1  «Üsul Kafi» II c/s-125/ hədis №5.
   73   74   75   76   77   78   79   80   81   82   83