Page 80 - Islamic Studies 07
P. 80
İxlas və riya / 79
Ötəri niyyət nəfsani qüvvələrin ani reaksiyası olub təqvasızlıq
və gizli, xəbis fikir olmadığından bağışlanmağa layiqdir. Bəlkə də
hədislərdə «bağışlanmaq» dedikdə elə bu niyyət nəzərdə tutulur.
Həmin mətləb İmam Sadiq (ə)-in «Nəcm» surəsinin 32-ci ayəsinin
təfsiri ilə bağlı hədislərdə də qeyd olunmuşdur.
Bu hədislərdə nəql olunur ki, «ləməm» (xəta) sözü günahı
fikirləşmək, yaxud bəzi hallarda insan əxlaqından irəli gəlməyən
təsadüfi günah mənasında işlədilmişdir.1
Təfsirə görə, belə günahlar (icraçının Allah qarşısında
inadkarlığını və dikbaşlığını göstərmədiyindən) Allahın geniş
rəhmət və məğfirətinə şamil olur. Belə bir əməl bağışlanarsa, təbii
ki, bu keyfiyyətdə olan niyyət də bağışlanacaqdır, çünki onların hər
ikisi dikbaşlıq və üsyankarlıqdan uzaqdır.
Sabit niyyət (dəyişilməz niyyət) adətən təşəbbüs və əməllə
nəticələnir. Əgər nə vaxtsa sabit niyyət əməl formasında
gerçəkləşməyibsə, bu, icraçı insanın vicdanının yox, kənar
faktorların təsirindəndir. Belə olduqda niyyət Allah qarşısında
dikbaşlıq və üsyankarlıq sayıldığından günah hesab edilib cəzaya
layiq görüləcəkdir. Niyyət barədə danışdığımız bu bölüm əsasən
“Möminin niyyəti əməlindən daha yaxşı, kafirin niyyəti isə
əməlindən daha pisdir” hədisi kimi diqqəti cəlb edir. Lakin buradakı
niyyət sözündən də məqsəd elə sabit (dəyişilməz) niyyətdir, yəni bu
niyyət möminin imanından, kafirin isə küfründən əmələ gəlir. Bir
sözlə, möminin (əxlaqı və imanı ilə bağlı) niyyəti əməlindən daha
yaxşı, kafirin (küfr ilə bağlı) niyyəti isə əməlindən daha pisdir, çünki
belə niyyət mömində nuranilik, sədaqət və iman, kafirdə isə
inadkarlıq, küfr və üsyankarlıq əlamətidir.
Bu açıqlamalarla “Bir kimsə hər hansı bir qövmün əməli ilə
razılaşarsa,...” və “hər hansı bir qövmün əməlindən razı qalan...”
hədislərində məhəbbət və nifrət məsələsi tamamilə aydın olur. Həm
də məhəbbət və nifrət, razılıq və narazılıqdan sözü səthi, ötəri
1 «Təfsiri Əlmizan» XIX c/s-45;
«Üsul Kafi» II c/s-442; Ləməm fəsli/hədis №3,5. Bu fəsildə imam Sadiq(ə)-dən bir neçə
hədis nəql olunmuşdur. Onların hamısında «ləməm» (xəta) sözü günahı fikirləşmə və ya
təsadüfi günahlar kimi təfsir olunmuşdur.