Page 75 - Islamic Studies 07
P. 75

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 74

                     Mülahizə  edirsizmi,  imam  Sadiq(ə)  Allah  bəndələrini  öz
               məqsəd və niyyətlərinə görə necə də dəqiq bölmüş və hər bir dəstəni
               Allah-təalaya  hansı  niyyətlə  ibadət  etməsinə  görə  o  biri  dəstədən
               fərqləndirmişdir.


                     Niyyət və əqidəvi, mədəni, ictimai, milli bağlılıqlar
                     Niyyət  insanın  şəxsiyyətini  nümayiş  etdirməkdən  əlavə
               əqidəvi,  ictimai  və milli bağlılıqlardan  da bizə xəbər  verir. İslam
               mənbələrində bu barədə elə ifadələr vardır ki, onların hamısını üç
               cümlədə ümumiləşdirmək olar:

                     1)  Kim hər hansı bir işdən razı qalarsa, onu yerinə yetirmiş kimidir.
                     2)  Hər  hansı  bir  dəstənin  əməli  ilə  razılaşan,  onlardan  hesab
               olunur.

                     3)  Kim  hər  hansı  bir  dəstəni  müdafiə  edərsə,  savab  və  əzabda
               onlarla şərikdir.

                     İslama görə, bir millətin vəhdətinin meyarı yalnız razılıq və
               narazılıqlardır.  Nəsil,  dil,  irq  və  coğrafi  mühitlər  kimi  meyarlar
               ikinci dərəcəli amil qəbul olunmalıdır. Başqa sözlə desək, etiqad,
               mədəniyyət və məqsəddə yekdil olmaqdan xəbər verən məhəbbət və
               nifrət  ayrı-ayrı  adamları  vahid  bir  millət  kimi  birləşdirib  onların
               taleyini  bir-birinə  bağlayan  yeganə  meyardır.  Yerdə  qalanlar  isə
               ikinci dərəcəlidir.

                     Burada bir neçə nüansa toxunmağı özümüzə lazım bilirik:
                     1)  Bu bəhsdə «maraq» sözünün işlədilməsində məqsəd insanda
               ötəri emosiyaların təsirindən əmələ gəlib tez də yox olan səthi həvəs
               və  meyllər  deyildir.  Əksinə,  burada  söhbət  yekdil  ideologiya  ilə
               bağlı olan meyllərdən gedir, yəni bu faktorlar insan psixologiyasında
               təsir qoyan və onu öz silahdaşları ilə həmfikir edən insan təbiətindən
               irəli  gələn  amillərdir.  Bu  qəbildən  olan  meyllərin  inikası  insan
               əməlində  köklü  təsirə  malikdir.  Əgər  şərait  yaranarsa  və  heç  bir
               maneə olmasa, insan dərhal başqalarının təsiri altına düşüb onların
               etdiklərini o da yerinə yetirər. Hər hansı bir hərəkətə münasibət (istər

               “Üsuli-kafi” II c/s-84/İbadət fəsli / hədis №5.
   70   71   72   73   74   75   76   77   78   79   80