Page 76 - Islamic Studies 07
P. 76

İxlas və riya / 75

               yaxşı  olsun,  istər  pis)  əməl  formasında  gerçəkləşməsədə,  qəlbin
               dərinliklərində kül altda olan köz kimidir, küləyin əsməsini gözləyir
               ki, alovlanıb ətrafını da yandırsın, yəni şərait yaranarsa, fikir əməli
               olaraq reallaşacaq.
                     2)Hüquqi cəhətdən belə bir asılılığın ədalət normalarına zidd
               olması mümkündür. “Qurani-Kərim”də bu barədə də buyurulur:

                     “...Heç bir günahkar başqasının günahını daşımaz ...”(«İsra»-15).
                     “Hər kəs öz əməlinin girovudur!” («Muddəssir»-38).

                     Bundan əlavə hüquq elmində günah etmək niyyəti və cinayət
               fikri  cinayət  sayılmadığı  halda,  necə  ola  bilər  ki,  insan  yalnız
               niyyətinə görə (yaxşı, yaxud pis) şəri cəhətdən məhkum olunsun və
               ya mükafatlandırılsın?

                     Bu suala cavab olaraq deyilməlidir:

                     Cinayəti düşünmək, yaxud onu həyata keçirənə fikrən dəstək
               vermək,  əlbəttə,  cinayət  sayılmır,  lakin  güclü  əxlaqi  təsirlərə
               malikdir.  Məsələn,  günahsız  bir  insanın  öldürülməsinə  razılığını
               bildirən, şübhəsiz, qatillərlə həmfikir sayılır.

                     İnsanın hüquqi məsələdə cinayəti inkar etməsi kifayət qədər
               dəlil-sübutun olmamasından irəli gələ bilər, lakin yaradılış qayda-
               qanunundan qaçmaq qeyri-mümkündür:
                     “Sənin hakimiyyətindən boyun qaçırmaq olmaz.”

                     Allah Təala “Qurani-Kərim”də buyurur:
                     “  Özlərindən  sonra  (aciz  və)  zəif  övladlar  qoyub  gedəsi  olan
               şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür
               qorxsunlar!...”(«Nisa»-9).

                     Ataların  keçmişdə  göstərdiyi  amansızlığın  gələcəkdə
               övladlarını necə də haqladığını görürsünüzmü? Halbuki övladların
               heç  bir  günahı  yoxdur.  Çünki  bu,  varlıq  aləmində  sabit  olaraq
               dəyişilməz  qalan  yaradılış  qanun  qaydasıdır.  Onun  təhqiqatı  və
               mühakimə qaydası adi məhkəmə orqanlarının mühakiməsindən tam
   71   72   73   74   75   76   77   78   79   80   81