Page 73 - Islamic Studies 07
P. 73

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 72

               Giriş
                     İslamda  ən  mühüm  məsələ  hər  bir  şeyin  batini  və  həqiqi
               cəhətidir, çünki əməllərin dəyəri və qəbulolma dərəcəsi ona bağlıdır.
               Niyyətin təsiri o qədər güclüdür ki, hər hansı bir cəbhəni müdafiə,
               havadarlıq  etməklə  əzab  və  savabda  o  cəbhə  ilə  şərik  olur.
               Əmirəlmöminin(ə)  Cəməl  döyüşündə  qalib  gələndən  sonra
               səhabələrindən biri o Cənaba dedi:
                     -Kaş qardaşım da bizimlə birgə olaydı, sizin düşmən üzərində
               qələbənizi görəydi. Bu cihadın fəzilətində o da bizimlə şərik olaydı.

                     Həzrəti Əli(ə) buyurdu:
                      -Qardaşın biz tərəfdəndirmi? Ürəyi bizimlədirmi?

                     O ərz etdi:

                      -Bəli.
                     Əmirəlmöminin (ə) buyurdu:

                     -Demək, o da bizimlə birgə bu döyüşdə vuruşubdur. (Təkcə o
               yox,  əksinə)  ataların  belində,  anaların  bətnində  olan  bizimlə  bir
               əqidədə olanlar da bu döyüşdə bizimlə birgə vuruşublar.  Tezliklə
               zaman  onları  dünyaya  gətirəcək,  din  və  iman  onların  vasitəsilə
                                    1
               qüdrətli olacaqdır.”
                     İbn Əbil Hədid bu xütbəni bəyan edəndən sonra yazır: “Əbul
               Əsvəd Duəli belə nəql edir: Əmirəl-möminin(ə) Cəməl döyüşündə
               qalib gələndən sonra bir dəstə mühacir və ənsarla (mən də onların
               arasında idim) Bəsrə şəhərindəki beytül-mal saxlanılan binaya daxil
               oldu. O Həzrətin gözü orada olan var-dövlətə sataşanda onlara xitab
               olaraq dedi: «Ey dirhəm və dinarlar! Məndən başqasını aldadın».
               Sonra Həzrəti Əli (ə) fərman verdi ki, səhabələrdən hər birinə beş
               yüz  dirhəm  verilsin.  Dirhəmlərin  hamısı        səhabələr  arasında
               bölüşdürülüb  qurtarandan  sonra  Əbul  Əsvəd  dedi:  «And  olsun
               Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, adamların sayı on iki
               min nəfər olmasına baxmayaraq, bir dirhəm belə artıq-əskik olmadı.
               Elə bil Əmirəl-möminin(ə) pulların məbləğindən xəbərdar idi.”


               1  «Nəhcül-Bəlağə» Feyzül-İslam: Xütbə №12.
   68   69   70   71   72   73   74   75   76   77   78