Page 69 - Islamic Studies 07
P. 69

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 68

               olmasına dəlalət edir.1 Şeyx Səduq həzrət Əlidən (ə) nəql etmişdir
               ki, Rəsuli-Əkrəm (s) belə buyurmuşdur: «Ya Əli! Bu ayə sən, Həsən,
               Hüseyn və sənin nəslindən olan imamlar barəsində nazil olmuşdur.»
                     Əli  (ə)  deyir:  “Soruşdum  ki,  sizdən  sonrakı  imamlar  neçə
               nəfərdir?”
                     Buyurdu: “Sənsən, ya Əli, səndən sonra Həsən, ondan sonra
               Hüseyn, ondan sonra oğlu Əli, ondan sonra oğlu Məhəmməd, sonra
               onun oğlu Cə’fər, sonra onun oğlu Musa, daha sonra onun oğlu Əli,
               ondan sonra onun oğlu Məhəmməd, ondan sonra da oğlu Əli, ondan
               sonra  onun  övladı  Həsən,  ondan  sonra  onun  övladı  olan
               Hüccətullah.”
                     Sonra əlavə edərək buyurdu: “Onların adları ilahi ərşdə beləcə
               yazılmışdır.  Mən  Allahdan  onların  kimlər  olduğunu  soruşduqda
               buyurdu: “Ya Məhəmməd! Onlar səndən sonrakı imamlardır, onlar
               paklaşdırılmışdır,  mə’sumdur,  onların  düşmənləri  də  Mənim
               lə’nətimə düçar olacaqlar.”2
                     Həmçinin  “Səqəleyn”  hədisində  Peyğəmbəri-Əkrəm  (s)  öz
               Əhli-beytini (ə) Qur’anla eyni səviyyədə qərar verərək bildirmişdir
               ki, bunlar bir-birindən heç vaxt ayrılmayacaqdır. Bu hədis də onların
               ismətinə aydın bir dəlildir. Çünki, hətta, səhvən olsa belə ən kiçik
               günaha mürtəkib olmaq Qur’andan ayrılmaq mə’nasınadır.
























               1 “Ğayətul məram”, səh.287, 293.
               2 “Ğayətul məram” (qədim çap), 6-cı cild, səh.293.
   64   65   66   67   68   69   70   71   72   73   74