Page 62 - Islamic Studies 07
P. 62

İmamətin zərurəti / 61

               etdi.  Sonra  bu  böyük  və  izdihamlı  yığıncaqda  iştirak  edənlərin
               hamısı həzrət Əliyə (ə) bey’ət etdilər. İkinci xəlifə Əli (ə) ilə bey’ət
               edərək onu təbrik etdi və «Mübarək olsun, mübarək olsun sənə, ya
               Əli, mənim və bütün mö’min kişi və qadınların mövlası oldun»1-
               deyə söylədi.
                     Məhz belə bir gündə “əl yovmə əkməltu ləkum dinəkum...»
               ayəsi nazil oldu və Peyğəmbəri-Əkrəm (s) Əlini (ə) təbrik edərək
               buyurdu:  «Əlinin  vilayəti  ilə  Mənim  nübüvvətim  və  Allahın  dini
               tamam-kamal oldu.»
                     Sünnilərin bə’zi görkəmli şəxsiyyətlərindən də rəvayət olunan
               bir  hədisdə  qeyd  olunur:  Əbu  Bəkr  və  Ömər  yerlərindən  qalxıb
               Peyğəmbərdən  (s)  soruşdular:  «Bu  vilayət  yalnız  Əliyə
               məxsusdurmu?» Həzrət (s) buyurdu: «Bu, Əliyə və mənim qiyamətə
               qədər  olan  vəsilərimə  məxsusdur.»  Soruşdular:  «Sənin  vəsilərin
               kimlərdir?»  O  həzrət  buyurdu:  “Əli  mənim  qardaşım,  vəzirim,
               varisim,  vəsim,  ümmət  içərisində  xəlifəm,  məndən  sonra  bütün
               mö’minlərin  vəlisidir.  Ondan  sonra  oğlum  Həsən,  sonra  oğlum
               Hüseyn, sonra oğlum Hüseynin övladlarından olan doqquz nəfər biri
               digərindən sonra (bu ümmətin imamları olacaqlar). Qur’an onlarla,
               onlar da Qur’anladır. “Kovsər” hovuzunda mənim yanıma varid olan
               vaxta qədər onlar Qur’andan, Qur’an da onlardan ayrılmaz.»2
                     Çoxlu rəvayətlərdən aydın olduğu kimi, Peyğəmbəri-Əkrəmə
               (s)  bundan  əvvəllər  də  Əlinin  (ə)  imamətini  e’lan  etmək  rəsmi
               şəkildə əmr edilmişdi. Lakin Peyğəmbər (s) camaatın bu işi onun
               şəxsi  nəzəri  ilə  əlaqələndirəcəklərindən  və  onu  qəbul  etməkdən
               boyun qaçıracaqlarından qorxurdu. Ona görə də bu iş üçün münasib
               şərait yaranacaq bir imkan gözləyirdi. Nəhayət aşağıdakı ayə nazil
               oldu:
                     “Ey  Bizim  Rəsulumuz!  Rəbbinin  tərəfindən  sənə  nazil
               edilənləri  təbliğ  et!  Əgər  bu  işi  görməsən,  Onun  risalətini  yerinə
               yetirməmiş olarsan. Allah səni camaatın şərrindən qoruyacaqdır.»3



               1 Bu hədisin sənəd və dəlalətinin qəti olmasını isbat etmək üçün “Əbəqatul-ənvar” və
               “Əl-Qədir” kitablarına müraciət edə bilərsiniz.
               2 “Ğayətul məram,” 58-ci bab, 4-cü hədis, Həməvinin “Fəraid” kitabından nəqlən.
               3 “Maidə” surəsi, ayə:67. Bu ayənin nəyə dəlalət etməsi ilə əlaqədar ətraflı mə`lumat
               almaq üçün “əl-Mizan” təfsirinə müraciət edin.
   57   58   59   60   61   62   63   64   65   66   67