Page 15 - Islamic Studies 07
P. 15

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 14

                    Sonra  iki  tayfadan  (möminlərdən  və  kafirlərdən)  hansının
               onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını
               bilmək üçün onları oyatdıq.1
                    Bunu da qeyd edək ki, rəcət zamanında əshabi-kəhfin qayıtması
               haqqında İmam Sadiqdən(əleyhissəlam) hədis mövcuddur.
                    7) İbrahim peyğəmbərin dörd quşun başını kəsməsi:
                    (Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür
               diriltdiyini  mənə  göstər!”  –  dedikdə  (Allah)  :  “Məgər  (ölüləri
               diriltməyimə)  inanmırsan?”  –buyurmuşdu.  (İbrahim:  )  “Bəli,
               inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, -
               deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür
               (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları
               parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan
               bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah
               yenilməz qüvvət, hikmət sahibidir!”2
                    Ayədə qeyd olunduğu kimi, həzrət İbrahim(əleyhissəlam) dörd
               quşun  başını  kəsərək  onları  öldürür  və  müxtəlif  yerlərə  qoyur.
               Amma  Allahın  əmri  ilə  quşlar  dirilərək  hərəsi  öz  başının  yanına
               qayıdaraq  həyatlarına  davam  edirlər.  Bura  kimi  qeyd  etdiyimiz
               ayələrdən  belə  nəticə  alırıq  ki,  qədim  dinlər  tarixində  rəcət  baş
               vermiş  və  insanlar  (mahiyyət  baxımından  fərqli  olmasına
               baxmayaraq)  ona  etiqad  bəsləmişlər.  Həmçinin  İslam  dinində  də
               rəcət mövzusu olduqca təkidlə qeyd olunmuş və qiyamətdən öncə
               onun  baş  verməsi  haqqında  xəbərlər  verilmişdir.  Amma  bu  gün,
               müasir zamanımızda yaşayan bəzi mütəfəkkirlərin“rəcətə inanmaq
               və  etiqad  bəsləmək  şiəliyə  yəhudilikdən  daxil  olub”  demələri
               təəssübdən doğan sözdür.3 Əgər dinlər oxşar ayinləri bir-birlərindən
               götürsəydilər, onda belə qərara gələrdik ki, İslam dinində olan şəriət
               əməllərinin çoxsu digər dinlərdən götürülmüşdür. Bunu da nəzərə
               alaq ki, İslam dini dinlərin ən sonuncusudur. Əgər  Allah-taalanın
               Qurani-Kərimdəki sözlərinə iman gətirsək, Quranın özündən öncə
               olan səmavi kitabların təsdiq etməsini görərik. Dinlər arasında olan
               müştərək  ayinlərin,  əməllərin  və  ibadətlərin  olması  labüddür.


               1  Bax: Kəhf surəsi: 12
               2  Bax: Bəqərə surəsi: 260
               3  O cümlədən: Əhməd Əmin Misri, fəcrul islam, səh. 33
   10   11   12   13   14   15   16   17   18   19   20