Page 10 - Islamic Studies 07
P. 10
Rəcət haqqında qısa araşdırma
1
Rauf Əliyev
Abstrakt
Ümumiyyətlə rəcətin məzhəbin zəruri əsaslarından hesab
olunduğunu demək lazımdır. Çünki kimsə şiənin əsas mənbə
kitablarına nəzər yetirərsə rəcət mövzusunu məzhəbin əsas
ideologiyalarından biri olduğunu düşünəcəkdir. Əlbəttə bunu da
qeyd edək ki, bu mövzu şiənin tərəddüd etmədiyi mövzulardan biri
olmasına baxmayaraq, təbii ki, üsuli dindən sayılan ədl və imamət
mövzusundan fərqlidir. Amma kiminsə məzhəb barəsində kifayət
qədər mütaliyəsi olmaması səbəbi ilə rəcət mövzusundan xəbərsiz
qalması onun dindən və ya məzhəbdən xaric olmasına səbəb
deyildir.
Açar sözlər: İslam, şiə, imam, rəcət
1 - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum