Page 12 - Islamic Studies 07
P. 12

Rəcət haqqında qısa araşdırma / 11

               cavablandırmışdır.1 Həmçinin Seyyid Murtəza beşinci əsrdə rəcət
               məsələsini birmənalı olaraq qəbul olunmasını təkid etmiş və bunu
               şiə məzhəbində icma şəkilində qəbul olunmasına rəğmən müxalif
               nəzərdə olanların bütün suallarını cavablandırmışdır.2  Təbərisi də
               altıncı  əsrdə  rəcət  barəsində  çox  sayda  olan  xəbərlərə(hədislərə)
               rəğmən     bu    nəzərlə    müxalif     olanların   bütün    iradlarını
               cavablandırmışdır.3 Bu minvalla rəcət barəsində olan inanc növbəti
               əsrlərdə də şiə alimləri tərəfindən qəbul olunmaqla yanaşı həm də
               müdafiə  olunmuşdur.  Əllamə  Məclisi  rəcət  mövzusunda  olan
               hədislərin  kəmiyyət  və  keyfiyyət  baxımından  necəliyi  barəsində,
               həmçinin  ravilərin  və  bu  mövzuda  çalışan,  habelə  kitab  yazan
               alimlərin sayı barəsində yazır:
                    “İmamların  düz  danışmasına  etiqad  bəsləyən  şəxslərin  eyni
               zamanda onlardan nəql olunan təvatür rəvayətləri qəbul etməməsini
               anlamaq olmur. Rəcət barəsində iki yüzdən çox hədis (qırxdan çox
               inanılmış  və  etibarlı  ravilərin  dilindən)  nəql  olunub.  Həmçinin
               məzhəbin alimləri tərəfindən əllidən çox kitab yazılmışdır....əgər bu
               hədislər də mütəvatir sayılmasa bəs hansı hədislər sayılacaqdır?”4
                    Ümumiyyətlə  rəcətin  məzhəbin  zəruri  əsaslarından  hesab
               olunduğunu  demək  lazımdır.  Çünki  kimsə  şiənin  əsas  mənbə
               kitablarına  nəzər  yetirərsə  rəcət  mövzusunu  məzhəbin  əsas
               ideologiyalarından  biri  olduğunu  düşünəcəkdir.  Əlbəttə  bunu  da
               qeyd edək ki, bu mövzu şiənin tərəddüd etmədiyi mövzulardan biri
               olmasına baxmayaraq, təbii ki, üsuli dindən sayılan ədl və imamət
               mövzusundan  fərqlidir.  Amma  kiminsə  məzhəb  barəsində  kifayət
               qədər mütaliyəsi olmaması səbəbi ilə rəcət mövzusundan xəbərsiz
               qalması  onun  dindən  və  ya  məzhəbdən  xaric  olmasına  səbəb
               deyildir. Əlbəttə dediklərimizin tam əksinə olarsa, yəni kifayət qədər
               məlumatı  olan  şəxs  rəcəti  qəbul  etməzsə,  məzhəbdən  çıxmış
               sayılacaqdır.




               1  Bax: Əvailul məqalat: səh. 46, 76-77, Əl fusulul muxtarat: səh. 153-156, Əl məsailul
               sururiyyə: səh. 32, 35-36
               2 Bax:  Rəsailul şəriful Murtəza: c 1 səh. 125-126
               3  Bax: məcməul- bəyan: c 7 səh. 367, cəvamiul cəvami: c 2 səh. 724
               4  Bax: biharul-ənvar: c 53  səh. 122-123
   7   8   9   10   11   12   13   14   15   16   17