Page 16 - Islamic Studies 07
P. 16
Rəcət haqqında qısa araşdırma / 15
Bundan əlavə Quranda birbaşa rəcət barəsində olan ayələri inkar
etmək və ya onu müxtəlif yerə yozmaq mümkün deyil. Görəsən
“Quranda rəcət barəsində olan ayələr də yəhudilikdən daxil
edilmişdir?”
Həmçinin mənbələrində çox sayda “peyğəmbərin vəfatından
sonra qayıtması və bəzilərinin onu görməsi” haqqında hədislər
mövcuddur. Hətta bu mövzu bəzi müxalif alimlərinin arasında elə
bir ciddi müzakirəyə səbəb olmuşdur ki, təfsir, tarix, hədis və
ədəbiyyat alimi olan Suyuti bu barədə “peyğəmbəri və mələkləri
görmək olarmı?”adlı kitab yazmışdır. O bu kitabda Səhih
Buxaridən, Müslümdən Əbu Davuddan “oyaq halda peyğəmbəri
görmək” haqqında hədislər nəql etmişdir. Daha sonra isə bu mövzu
ilə müxalif olanların suallarına və peyğəmbərin rəcətini inkar
edənlərin iradlarına geniş şəkildə cavablar və izahlar gətirmişdir.
Həmçinin kitabda “peyğəmbəri oyaq halda görənlərin” barəsində
bəzi sitatlar gətirərək bu işi onların kəramətləri olduğunu qeyd
etmişdir. Bunu da qeyd edək ki, Suyutinin nəzərinə peyğəmbəri
yalnız oyaq halda görmək həmin şəxs üçün kəramət sayılacaqdır.
Amma hamının Peyğəmbəri yuxuda görməsi mümkün olduğu üçün,
yuxuda görmək kəramət sayılmayacaqdır.
Rəcətin fəlsəfəsi
Rəcətin baş vermə səbələrinə tam rasional yanaşmaq düzgün
deyildir. Amma bu “rəcət” mövzusunun əql və rasionallıqdan kənar
bir mövzu olmasını da tam dəqiqliklə çatdırmır. Yani əql onun nə
üçün baş verdiyini dərk edə bilir.1 Həmçinin aşağıda rəcətin
fəlsəfəsi haqqında qeyd edəcəyimiz fikirlər onu rasional şəkildə
sübut etməyimiz üçün deyil, əksinə insanların onun mahiyyətini
anlamaları və zehinlərində olan yersiz iradlara mane olmaları
üçündür. Bu barədə daha geniş danışmaq mümkün olsada aşağıda
qeyd edəcəyimiz üç əsas səbəb ilə kifayətlənirik:
1 Mütərcimdən: məsələn biz Allaha edilən ibadəti əqli dəlillərlə isbat edə bilirik. Amma
nə üçün məhz namaz şəklində olduğunu rasional dəlillərlə sübut edə bilmirik. Bunu
bizə Quran və Peyğəmbərimizin sünnəsi başa salır. Amma bu bizim namazı başa
düşməməyimizə dəlalət etmir. başqa sözlə desək əql namazı başa düşsə də onun
rükətlərinin sayını başa düşə bilmir.