Page 69 - Pure Life 04
P. 69

Müdirin ön sözü


                              “PURE  LİFE”  jurnalı  bəşərin  həmişəyaşar
                              mənəvi  həyatına  açılan  bir  qapıdır.  Əl-Mustafa
                              Beynəlxalq Virtual Universiteti yer üzündə ilahi
                              maarifi  yaymağı  öz  ülvi  vəzifəsi  sayır.  Allah-
                              təalanın lütfü ilə sahib olduğu elmi dəyərlər ilə
                              yeni  bir  mənəvi  həyatın  təməlini  qoymağa
                              çalışır.  Dünya  və  axirət  səadətini  təmin  etmək
                              yolunda addımlayır.

                              “PURE  LİFE”  jurnalı  universitetin  tələbələri
                              üçün  də,  elmi-mədəni  fəaliyyətlərini  virtual
                              fəzada  daha  da  inkişaf  etdirmək  və  elmi  dillə
                              ilahi   maarifi  bəşərin   həyatının   müxtəlif
                              sahələrində  nəşr  etmək  yolunda  gözəl  bir
                              fürsətdir. Ümidvarıq ki, elm nurunun axtarışında
                              olan  hər  bir  şəxsin  əməyilə,  bu  elm  və  mərifət
                              pəncərəsi daha da faydalı olsun.
   64   65   66   67   68   69   70   71   72   73   74