Page 70 - Pure Life 04
P. 70
Baş redaktorun ön sözü
Tədqiqat, elm sahəsində həyat şərbəti rolunu oynayır.
Onun inkişafı elmin sərhədlərinin genişlənməsi və
çiçəklənməsi deməkdir. Tədqiqat və araşdırma sahəsinə
diqqətsizlik etmək, elmi inkişafın zəifləməsi və sonda
tamamilə məhvinə gətirib çıxarır. Bu da, cəhlin
yaranmasına şərait yaradır. Belə ki, müasir dünyada
sağlam tədqiqatın olmamasının məhsulu olan “modern
cəhalətin” şahidi oluruq.
Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi
sahələrə daxil olmağın zərurətini çatdırır. Bu gün, islam
elmlərinin müxtəlif sahələri beynəlxalq aurada
araşdırılmalı və düzgün təqdim edilməlidir.
“PURE LİFE” jurnalı əl-Mustafa Virtual
Universitetinin tələbələrinə öz elmi-tədqiqat əsərlərini
buraya təqdim etmək üçün şərait yaradaraq, tələbə
əsərlərinin elmi səthini inkişaf etdirməyə və islami-
humanitar sahələrdə fəaliyyət göstərən araşdırmaçıların
əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
“PURE LİFE” jurnalı hər fəsldə, bir neçə
dildə, elektron versiyada elmi məqalələrlə nəşr edilir.
Bu nömrəmizdə, xüsusi buraxılışımız: “İslam kültür ve
mədəniyyəti” mözusundadır. Jurnalda Ingilis və Türk
və Azərbaycan və Fransız dillərində altı üstün elmi
məqalə mövcuddur.
“PURE LİFE” jurnalı Əl-Mustafa nəşriyyat şurasının,
həmçinin, İran İslam Respublikası İslam Mədəniyyəti və
İncəsənəti Nazirliyinin fərmanına əsasən, bu jurnal, əl-Mustafa
Beynəlxalq Virtual Universitetinin ilk elmi-tədqiqat gurnalı
olaraq, dəyərli alimlərin və tələbələrin elmi əsərlərini qəbul
edir.