Page 72 - Pure Life 04
P. 72

HƏYA DİNİ VƏ MİLLİ-MƏNƏVİ
                                DƏYƏRİMİZ KİMİ
                      (Hədisi-şəriflər və atalar sözləri kontekstində)

                                                                         1
                      Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev (Azərbaycan)
                         Alınan Tarix: 05/09/2015             Qəbul Tarixi: 28/02/2016

               Məqalənin xülasəsi
               Azərbaycan     xalqının   milli-mədəni    dəyərləri   arasında,
               mentalitetində  abırlı  olmaq,  həyalı  olmaq,  həyanı  qorumaq
               özünəməxsus yer tutur. Hələ qədim zamanlardan azəri türkləri
               öz  ismətliliyi,  abırlı,  həyalı  olması  ilə  tanınmış,  həyasına,
               ismətinə  xələl  gətirməkdənsə,  ölməyi  üstün  tutmuşlar.  İstər
               qadın  olsun,  istərsə  də  kişi  öz  həyasını,  abrını,  ismətini
               qorumağa  çalışmış,  bu  yolda  ölümə  getməkdən  belə
               çəkinməmişlər.      Şifahi    xalq     ədbiyyatında-nağıllarda,
               bayatılarda,  dastanlarda  bu  mövzuya  tez-tez  toxunulmuş,  ən
               önəmli mövzulardan birinə çevrilmişdir.

               Açar sözlər: Həyalı olmaq, İslam, Quran, Məhəmməd (s)

               Giriş
               Həya sözü lüğətdə utanma, çəkinmə və  s.  mənalara gəlir.
               Həmçinin      əxlaq     termini    olaraq    “nəfsin     çirkin
               davranışlardan narahat olub onları tərk etməsi”, “pis bir işin
               edilməsindən  və  ya  yaxşı  bir  işin  tərk  edilməsindən  görə
               insanın  üzünü  qızardan  sıxıntı”  kimi  dəyişik  şəkillərdə
               açıqlanmışdır.  Ərəb  dilində  qınama,  tənqid,  qürur  qırıcı
               davranış  mənalarına  gələn  “ar”  kəlməsi  də  dilimizdə
               sinonim olaraq işlədilməkdədir. (1, c. XVI, səh. 554).



               1.  Fəlsəfə  üzrə  fəlsəfə  doktoru,  Bakı  İslam  Universitetinin  müəllimi,
               Bakı, Azərbaycan, quliyev.ibrahim.78@mail.ru
   67   68   69   70   71   72   73   74   75   76   77