Page 73 - Pure Life 04
P. 73
(
72 / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Həya dininin milli-mənəvi dəyərlərimizdə təcəllası
Uca dinimiz İslamda utanmaq hissi, həya çox önəmli
görülmüş, insanın həyalı olması, hətta həyanın imanla
bilavasitə sıx əlaqədə olması açıq-aşkar bildirilmişdir.
Müqəddəs kitabımız olan Qurani-kərimdə üç ayədə həya
kəlməsinin törəmələri keçməkdədir. (1, c. XVI, səh. 554).
Allah taala Qurani-kərimdə belə buyurmuşdur:
“Allah həqiqəti söyləməkdən həya etməz.” (2, Əhzab-53).
Adətən həya edib utanılacaq bəzi məsələlərin
soruşulması və ya açıqlanması xüsusunda dinimiz həyanı
doğru saymır. Həzrət Peyğəmbər (s) də yeri gəldiyi zaman
o cür mövzulara bu ayəni oxuyaraq çəkinmədən girmişdir.
Peyğəmbər (s) “Həyanın tamamı xeyirdir” deməklə hər
növ çirkinlik, haqsızlıq və pisliklərdən çəkinmə və
qaçmanın xeyir olduğunu bildirmişdir. Həmçinin
Peyğəmbərimiz (s) həyanın insanlıq tarixindəki yerini də
belə müəyyən etmişdir:
“Şübhəsiz ki, insanların peyğəmbərlik sözlərindən ilk
eşitdikləri şey: “Utanmırsan istədiyini et” ifadəsidir.
Peyğəmbərimizin (s) “utanmırsan dilədiyini et” ifadəsinin
mənası belədir: Bir şeyi etmək istədiyində əgər etdiyindən
dolayı Allahdan və insanlardan utanmırsa, istədiyini edər,
əks halda etməz. İslam tamamilə bu əsas üzərində cərəyan
edir. Buna görə Peyğəmbərimizin (s) “istədiyini et” sözü
mübah olan mövqeyindədir. (4, səh. 101).
İmam Əlinin (ə) həya haqqındakı aşağıdakı fikirləri çox
önəmli əhəmiyyət daşıyır. Belə ki, İmam (ə) belə buyurur:
“Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün
vasitədir.” (5, c. 77, səh. 211 , hədis № 1).
“Həya bütün yaxşılıqların açarıdır.” (6, hədis № 340).
“İnsanların ən ağıllısı onların ən həyalısıdır.” (6, hədis № 2900).
“Həya pisliyə mane olar.” (6, hədis № 1393).
“Həya iffətliliyin səbəbidir.” (6, hədis № 5527).