Page 151 - Islamic Studies 07
P. 151

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 150



            fonda o qədər güclüdür ki, bənzəri yoxdur. Yunan, Roma, inkişaf etmiş
            ölkələr və hətta Amerika və Avropa bu istiqamətdə islamla bərabər ola
            bilməzlər.  Mən,  sabahın  avropasının  Muhəmmədin  imanını  qəbul
            edəcəyini praqnozlaşdırır və onun nişanələrini görürəm.
                  Jano ali institutunun tədqiqatçısı, Marsel Buazar deyir:
                  “İslamın  siyasi  metodları  və  hüquq  fundamentləri,    Qərb
            hüquqşunaslarının orta əsrlərdə istibdad əleyhinə, ictimai ədalətin məcəllə
            halına salınması prosesində istifadə etdiyi əsas mənbə idi. Cürətlə deyə
            bilərəm ki, İslam şəriəti, dünyada beynəlxaq hüququn banisidir...”
                  Mən  Finikya,  Yunan,  yahudi  və  hətta  xristianlıq  fəlsəfəsinə  irad
            bildirmək  istəmirəm.  Amma  tarixi  faktlat  və  vicdan,  orta  əsrlərdə
            modernite sivilizasiyasını  yeddi yüz il öz nüfuzu altında saxlayan, İslam
            sivilizasiyası idi.
                              1
                  O, qərblilərin unutqanlığı və inkarı barədə yazır:
                  Bu işin səbəbi tam aydın deyil. Görəsən bu addım, Yunanın Şərq
            müqabilində atdığı addımın təkrarıdır?! Yoxsa xristianlıq, ilahi dəyərləri
                                        2
            tanımaqdan ehtiyyat edir?
                  Rane Genun, 1950-ci ilin sentyabrında Fransa çap olan “Tanınmamış
            sivilizasiya” kitabında yazır: ... Bəziləri, tarixçilərin bir çox əmrlərdən və
            məzhəbçi təfəkkürdən qaynaqlanan sükutunun səbəbini bilmək istəyirlər.
            Amma, bəzilərinin dinsiz və bəzilərinin də din əleyhdarı olduğu muasir
            taxiççilərə nə demək olar? Amma bununla belə, özlərindən öncəkilərin
            reallıqların  əksinə  dediklərini,  təsdiqləyirlər.  Həqiqətləri  və  şərqin
            boynunda olan dinin əhəmiyyətini tanımağa, qürur və eqoistlik qoymur.
            Bu  fonda  daha  təəccüblü  məqam  budur  ki,  Avropalılar  özlərini  Yunan
            sivilizasiyasının  birbaşa  varisləri  hesab  edirlər.  Halbuki,  reallıqlar  bu
            iddianın  əleyhinədir.  Məsələnin  həqiqi  tərəfi  budur  ki,  Yunan  elmi  və
            fəlsəfəsi, müsəlman mütərcimlərinin əli ilə Avropaya gəlib çatıb.
                  Bildiyiniz  kimi,  deyilən  həqiqətlər  daima  gizlin  saxlanılmışdır.
            Məhşur ingilis tarixçisi Montqomeri VT isə, bu sirrin üzərindən belə pərdə
            çəkir:







            1  Marsel Bazar, İslam və insan haqqları.
            2  Marsel Bazar, İslamda insana məhəbbət
   146   147   148   149   150   151   152   153   154   155   156