Page 156 - Islamic Studies 07
P. 156
İmam Əlinin müdiriyyəti
İlkin Nəcəfov
1
Abstrakt
Allah-təala öz dinini bəşərin hidayəti üçün və mənəvi
kamilliyin ən ali zirrvəsinə çatdırma üçün insanlara göndərmişdir.
Ona görə də, peyğəmbərlə hər ümmətə gələrək, onlara bu yolda
yardımçı olumşlar. Peyğəmbərlərdən sonra dində və cəmiyyətdə
bəzi təhriflərin yaranmasının qarşısını almaq, insanlara doğru yolu
göstərmək və onları ədalətli şəkildə müdiriyyət etmək üçün vəsilər
və imamlar təyin edilmişdir. Bu, bir qayda olaraq Allahın lütfünə
dayanan prosessdir. İslam ümməti də bu qaydadan xaric deyildir.
İmam Əlinin baxış bucağına görə, “yoxsulluq zəkalı və istedadlı
insanı kar və lal edir”. İnsanların bir-birlərinə qarşı düşmən
münasibət, paxıllıq, kin-küdurət bəsləməməsi, fədakar, mehriban,
səmimi, öz vətənində qərib deyil, doğma olması üçün yoxsulluğu
aradan qaldırmaq lazımdır.
Açar sözlər: İslam, peyğəmbər, imam, müdiriyyət, ədalət
1 - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum