Page 158 - Islamic Studies 07
P. 158

İmam Əlinin müdiriyyəti / 157

                     Əlinin  əxlaqı  atası  Əbu  Talibin  evinin  bu  mənəvi  aurası  ilə
               yoğrulmuş, inkişaf etmişdi. Məhəmmədin sözlərini ilk dəfə məhz bu
               evin divarları dinləmiş, İslama çağırışın ilkin mərhələsi bu evdən
               başlamışdır. Məhəmməd onu bağrına basıb getdiyi hər yerdə “bu,
               mənim qardaşımdır” deyəndə Əlinin hələ heç dörd yaşı yox idi. Əli
               “Qasiə” adlı xütbəsində Məhəmmədlə olan bağlılığının bu incəliyinə
               işarə edərək demişdir: “Siz mənim Allah rəsulu (s) ilə olan yaxın
               qohumluq       əlaqələrimdən      və    xüsusi     münasibətlərimdən
               xəbərdarsınız. Uşaq yaşlarında o, məni qucağına götürər, sinəsinə
               sıxar, bədəninin xoş ətrini hiss edəcək qədər yaxınlığında yatırdardı.
               Məndən  heç vaxt yalan eşitmədi,  səhv hərəkətimi  görmədi.  Uşaq
               anasının dalınca düşdüyü kimi, mən də onun dalınca düşürdüm. Öz
               əxlaqından mənə hər gün bir dərs öyrədir, məni ona tabe olmağa
               istiqamətləndirirdi”.

                       İmam Əli (ə) və ədalət prinsi
                     Əlinin bütün səy və fəaliyyətləri insanları yoxsulluqdan xilas
               etməyə köklənmişdir. İdarə etdiyi hökumətin qanunları bu prinsipə
               əsaslanmışdır.
                     Əli  zahidanə  həyat  tərzi  seçməsinə,  çətin  vəziyyətdə
               yaşamasına baxmayaraq, xalqın yoxsulluq içində həyat sürməsinə
               razı olmamışdır. Əgər belə olmasaydı, əyanlara, xalqın var-yoxunu
               talayan  qəsbkarlara  qarşı  çıxmazdı,  qəsbkarların  qeyri-qanuni
               yollarla topladıqları sərvəti əllərindən alıb əsl sahiblərinə, ehtiyaclı
               insanlara qaytarmazdı.
                     Şəəbi  yazır:  “Gənclik  dövrüm  idi.  Kufə  meydanına  daxil
               olduğum  zaman  Əlinin biri  gümüş,  biri qızıl pullar  toplanmış  iki
               kiçik təpəciyin başında durduğunu gördüm. Əli həmin pulları son
               qəpiyinə  qədər  oraya  toplaşmış  insanlar  arasında  bölüşdürdü,  bir
               qəpik belə özünə götürmədən evinə döndü”.
                     Əlində  olan  mal  və  sərvətin  hamısını  yoxsullara  paylayıb
               özünə heç bir qəpik də götürməyən bu şəxs üzünü camaata tutub
               deyirdi: “Dünyan üçün sanki əbədi yaşayacaqsanmış kimi çalış!”
                     Əlinin nəzərində haqqın istiqamətləndiyi ən yaxşı və ən üstün
               yol xalqın ehtiyaclarının ödənildiyi yoldur. Bu barədə onun əlavə
   153   154   155   156   157   158   159   160   161   162   163