Page 161 - Islamic Studies 07
P. 161

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 160

                     “Biz  gecəni  (hər  şeyi  bürüyən)  örtük  etdik.  Gündüzü  isə
               dolanışıq (ruzi qazanmaq) vaxtı etdik.

                     İmam Əli (ə) idarəçiliyinin əsas prinsipləri
                     Əliyə görə, hakimiyyət Allahın bir fərdə həvalə etdiyi, həmin
               fərdin və ona yaxın olan insanların da istədikləri qədər bu postda
               qala biləcəkləri bir haqq deyildi. Belə ki, sonralar Əməvi və Abbasi
               sülalələrinin  hakimiyyət  başında  olduqları  zamanlarda,  orta  əsr
               Avropasında  olduğu  kimi,  dövlət  sülalə prinsipləri  əsasında  idarə
               edilmişdir. Həmin dövrlərdə hökumət başçısı “Allahın yer üzündəki
               kölgəsi” kimi təqdim edilirdi. Onlar xalqa təlqin etməyə çalışırdılar
               ki, dövlət rəhbərinin iradəsi Allahın iradəsi, onun fərmanı göyləri
               yaradanın fərmanıdır. Əsla ona qarşı getmək olmaz!..
                     Əliyə görə, dövlət xalqın haqqıdır, xalq istədiyini rəhbər seçə
               və istədiyini tutduğu vəzifədən kənarlaşdıra bilər. Əli buyurmuşdur:
               “Səni  rəhbər  seçdikləri  və  hamının  onda  ittifaq  etdikləri  zaman
               xidmətlərində dur, ixtilaf yarandığı zaman təqdiri özlərinə burax”.
               Başqa  bir  yerdə  belə  buyurmuşdur:  “Diqqətli  olun!  Əgər  haqq
               olduğunu hesab etmirsinizsə, qəbul etməyin, yox, əgər haqq hesab
               edirsinizsə,  yardım  göstərin!  Haqq  və  batilin  hər  birinin  öz
               tərəfdarları vardır”.
                     Dövlət  rəhbərinin  iqtidar  və  nüfuzu  faydası  olan  sosial
               qanunların icrasından güc alır. Beyət xütbəsində Əli belə qeyd edir:
               “Camaat, mən sizlərdən birinizəm, sizə dəyən xeyir və ziyan mənə
               dəymiş  olur,  haqqın  qarşısını  heç  nə  ala  bilməz”.  Başqa  bir
               xütbəsində buyurmuşdur: “Camaat, and olsun Allaha, mən sizi əməl
               etmədiyim  heç  bir  itaətə  dəvət  etmirəm,  sizlərdən  əvvəl
               çəkinmədiyim, uzaq durmadığım heç bir çirkinlikdən və günahdan
               çəkindirmirəm”.
                     Buna görə də dövlət başçısına rəhbər olduğu üçün deyil,
               ədalətli, faydalı və xeyirli, sosial qanun və hökmlərin icrasında
               dəqiq olduğuna görə itaət göstərilməlidir.
                     Əlinin  baxış  bucağına  görə,  hakimiyyət  rəhbərin  özünün
               doyunca  istifadə  edəcəyi,  qohum-qardaşları,  dostları  və  yaxınları
               arasında bölüşdürəcəyi beytülmal və sərvətin üzünə açılan bir qapı
               deyil. Hakimiyyət dövlət başçısının insanlar arasındakı bərabərliyi
   156   157   158   159   160   161   162   163   164   165   166