Page 166 - Islamic Studies 07
P. 166

İmam Əlinin müdiriyyəti / 165

                     Nəticə
                     Cəmiyyətin  fərdlərini  bir-birinə  bağlayan  əlaqə  və
               münasibətlər fərdi və sosial olmaqla iki səciyyəyə malikdir. İmam
               insanlara xoşbəxt həyat bəxş etmək, onlara azadlığın ən gözəl forma
               və  məzmunlarını  əldə  edib  geniş  bəşəri  üfüqdə  yaymaq  imkanı
               yaratmaq üçün siyasət, hakimiyyət və idarəçiliyini fərd və cəmiyyəti
               islah etməyə həsr etmişdir.
                     Əlinin bu istiqamətdə atdığı ilk addım haqq və düzgün olanı
               təsdiq  edəcəyini,  yanlış  və  batil  olanı  ortadan  qaldıracağını  elan
               etməsi idi. Əli bu addımı ilə insanları fərdi və sosial cinayətə təhrik
               edə biləcək yanlış düşüncələrin qarşısını alır. Çünki onlar dostluq,
               qohumluq  və  ya  göstərdikləri  xidmətlərə  görə  nəticəsi  xalqın
               zərərinə olan günahlarının bağışlanılacağına ümid bəsləyə bilərdilər.
                     O,  xəlifəlikdən  həm  əvvəl,  həm  də  sonra  üzərinə  düşən  bu
               məsuliyyəti və vəzifəni danışığı və əməlləri ilə təsdiq etmişdir. O,
               xalqa  –  xeyirxahlığı  və  xeyirxahlıq  amillərinin  möhkəmləməsini
               diqqət  mərkəzində  saxlayan  müsbət  bir  nümunə  təqdim  etmişdir.
               Özünkü  və  ya  qeyrisi,  yaxın  və  ya  uzaq,  dost  və  ya  düşmən
               olmasından  asılı  olmayaraq,  cəza  tədbirlərinin  tətbiqində  ciddilik
               nümayiş etdirmişdir.
                     İmam insanların onu yaxşı tanıdıqlarından əmin idi. O bilirdi
               ki, xalq onun zahidliyindən, məsumluğundan, zahidlik və ismətdən
               də  yüksəkdə  dayanan  qanun  və  prinsiplərə  bağlılığından  yaxşı
               xəbərdardır.  Bu  nüans  İmamın  yaşamaq  üçün  vacib  olan  istisna
               olmaqla maddi və nəfsani istəklərdən uzaq durmaq üçün göstərdiyi
               yüksək diqqətlə izah edilir. Əslində, bunun başqa bir izahı da var.
               İnsani  hissləri  və  oyaq  vicdanı  onu  çarəsizlərin,  miskinlərin
               sığınacağına  çevirmişdi.  Əli  adamları  zülm  və  əsarətdən  azad
               etməyə,  qanuni  haqları  çatan  hər  növ  ehtiyaclarını  təmin  etməyə
               çalışırdı.
                     İmam özündən də əmin idi. Sarsılmaz vicdanı onu bütöv bir
               çörəyin  nə  olduğunu  bilməyən  fərdlərin  yaşadığı  bir  cəmiyyətdə
               tərtəmiz bal yeməyə heç vaxt imkan verməmişdir. Hətta köhnə və
               yamaqlı  paltara  belə  ehtiyacı  olan  bir  cəmiyyətdə  heç  vaxt  ipək
               paltar  geyinməmişdir.  Ona  “müsəlmanların  rəhbərisən”  deyildiyi
   161   162   163   164   165   166   167   168   169   170   171