Page 167 - Islamic Studies 07
P. 167
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 166
halda, xalqın çətin günlərinə şərik olmamağı özünə sığışdıra
bilməmişdir.
Əli özünü nəsil-nəcabətləri və tutduqları vəzifələrilə öyünən
hökmdarların bu fəxarət xəstəliyindən, mal, mülk, vəzifə
tamahkarlığı, təkəbbür və eqoizmdən, sağlam düşüncəyə zidd,
ictimai faydası olmayan bütün adət-ənənələr çərçivəsindən xilas və
azad etmişdir. Xalqa aid sərvətin paylanmasında yaxınlarını və
sevənlərini digərlərindən üstün tutmaq, düşmənlərinə qarşı kin
bəsləmək, pisliyini istəyənlərdən intiqam almaq hissindən azad
olmuşdur. Vicdanını düzgün olduğuna əmin olmadığı bir işə
dəvətdən və bəyənmədiyini danışmaqdan azad etmişdir. Buna görə
də Əli böyük vicdana və əzəmətli ruha malik idi.
Əli bədənini yemək, içmək, geyinmək, mənzil ehtirasından
azad etmiş, onların yalnız həyat üçün zəruri olan miqdarı ilə
kifayətlənmişdir. O bu zəruri ehtiyaclarını beytülmaldan da
ödəməmişdir. Halbuki rəhbərlik fəaliyyətinə görə buna qanuni haqqı
çatırdı.