Page 172 - Islamic Studies 07
P. 172

İsmailiyyə məzhəbi haqqında araşdırma / 171

               səbəbdən də bu firqəyə Fəthiyyə adı verilmişdir. Tarixi sənədlərə
               əsasən Əbdullah özünü atasının canişini e᾿lan etmişdir. Bu səbəbdən
               də  atası  vəfat  etdikdən  sonra  bə᾿ziləri  ona  qoşularaq  Fəthiyyə
               firqəsinin  bünövrəsini  qoymuşlar.  Fəthiyyə  davamçıları  belə  bir
               əqidəyə əsaslanırlar ki, Əbdullah vəfat etdikdən sonra imamət onun
               oğluna çatacaqdır. Lakin övladı olmadığı üçün və özü də atasının
               vəfatından sonra yalnız yetmiş gün yaşadığı üçün onun tərəfdarları
               yeddinci  imam  Cə᾿fər  Kazimə  (ə)  üz  tutdu.  Beləliklə,  Fəthiyyə
               firqəsinə son qoyuldu.

                    4. Səmitiyyə;
                    Səmitiyyə firqəsinin tərəfdarları Məhəmməd ibni Cə᾿fəri imam
               kimi  qəbul  etmişlər.  Məhəmməd  ibni  Cə᾿fər  «Dibac»  ləqəbi  ilə
               məşhur olan cəsur bir şəxsiyyət  olmuşdur.  Hicrətin 199-cu ilində
               Məkkədə  Mə᾿muna*  qarşı  qiyam  etmişdir.  Zeydiyyə  firqəsinin
               davamçıları bu qiyamda onlara köməklik göstərsələr də, İsa Cəludi
               onu  yaxalayaraq  Mə᾿munə  təslim  etmişdir.  Səmitiyyə  firqəsi  bu
               cərəyanı tə᾿sis edən Yəhya ibni Əbi Səmitin adı ilə adlandırılmışdır.
               Bu  firqə  hal-hazırda  öz  fəaliyyətini  tamamilə  dayandırmış  və
               tərəfdarlarını itirmişdir.

                    5. Musəviyyə;
                    Bu  firqə  imam  Musa  Kazim  (ə)-ı  sonuncu  imam  hesab  edən
               şəxslərə  verilən  addır.  Musa  ibni  Cə᾿fər  on  iki  imamçı  şiələrin
               yeddinci imamı hesab olunur. O həzrət vəfat etdikdən sonra bir çox
               tərəfdarları  onun yenidən qayıdacağına  e᾿tiqad bəsləsələr də, hal-
               hazırda Musəviyyə firqəsi tamamilə öz fəaliyyətini dayandırmışdır.

                    İSMAİLİYYƏ MƏZHƏBİNİN TƏSİSÇİLƏRİ
                    Altıncı  imamın  vəfatından  sonra  şiələrin  ümumi  vəziyyəti  və
               onların  beş  firqəyə  ayrılmaları  artıq  mə᾿lum  oldu.  Bəs  görəsən
               İsmailiyyə firqəsi kimlər tərəfindən tə᾿sis olunmuşdur?
                    İsmail  ibni  Cə᾿fər  özü  imamlıq  iddiası  edib  bu  firqənin
               bünövrəsini  qoymuşdurmu?  Yoxsa,  bu  məzhəb  başqa  bir  şəxs
               tərəfindən meydana gəlmişdir?
   167   168   169   170   171   172   173   174   175   176   177