Page 175 - Islamic Studies 07
P. 175

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 174


                    1. Tövhid;
                    Bu məzhəbin davamçıları tövhid mövzusunda Allahın mütləq
               sifətlərini inkar edərək deyirlər: Allah-taala əql və düşüncədən üstün
               olduğu üçün məxluqata xas olan diri, alim, qadir, eşidən, görən və
               sair sifət və xüsusiyyətləri ona aid edə bilmərik.
                    Onlar  Qur᾿ani-kərimin  bir  çox  ayələrində  və  nəql  olunmuş
               rəvayətlərdə  Allah-taalanın  adı  çəkilən  gözəl  ad  və  sifətlərini  isə
               «ümumi məfhum» olaraq qəbul edirlər. İsmailiyyə firqəsinə mənsub
               olan təhqiqatçılardan biri bu barədə deyir: Allah-taala məxluqata aid
               olunan  sifətlərdən  uca  olduğu  üçün  Onun  müqəddəs  zatı  bu
               xüsusiyyətlərlə  vəsf  olunmamışdır.  Eyni  zamanda  məxluqat  da
               olduqca  aciz  və  zəif  olduğu  üçün  Allaha  xas  olan  sifətlərlə  vəsf
               olunmamışdır.  Allah-taala  lütf  və  mərhəmət  üzündən  məxluqatı
               yaratmış  və  bütün  sifət  və  xüsusiyyətlər  Ona  aid  olunmuşdur  ki,
               məxluqatı heyrət hissi bürüməsin. Allahın vücudu bütün varlıqların
               vücudundan ilkindir və bütün varlıqlar yaradılış (xilqət) baxımından
               Onun vücudundan nəş᾿ət tapır. Qur᾿ani-kərimdə «Qələm» ifadəsi ilə
               zikr  olunan  ilkin  varlıq  «lövhi-məhfuz»  adlanan  ikinci  yaradılışı
               vücuda gətirir. İlk yaradıcı ikinci yaradılışdan  əvvəl olduğu üçün
               «Sabit», ikinci yaradılış isə ilk yaradıcıdan asılı olduğu üçün «Tali»
               adlanır. Mücərrəd aləmdə olan hər bir şeyin təcəllisi cismani aləmdə
               mövcud olduğu üçün, birincidə olan mütləq əqlin qarşılığını cismani
               aləmdə olan imam hesab etmişlər.

                    2. Cəbr və ixtiyar;
                    Cəbr və ixtiyara gəldikdə, İsmailiyyə məzhəbi insanı özünə aid
               olan  elm,  əqidə,  məslək,  adət-ən᾿ənə,  gündəlik  işlər  və  s.
               məsələlərdə  tam  ixtiyar  sahibi  hesab  edir.  Onların  fikrincə,  belə
               olmadıqda,     peyğəmbərlərin      göndərilməsi     heç    bir  nəticə
               verməyəcəkdir. Bu barədə Nəcm surəsinin 39-40-cı ayələrinə istinad
               edirlər:
                    «İnsana ancaq öz əməli, öz zəhməti qalar!»
                    «Şübhəsiz  ki,  [qiyamət  günü]  onun  əməli,  zəhməti
               görünəcəkdir.»
   170   171   172   173   174   175   176   177   178   179   180