Page 173 - Islamic Studies 07
P. 173
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 172
Qeyd etdik ki, İsmail imam Cə᾿fər Sadiqin (ə) övladı olmuşdur
və tarixi dəlillərə əsasən, ən azı onun özündən heç olmasa beş il
əvvəl vəfat etmişdir. Bu da Hicrətin 143-cü ilinə təsadüf edir.
Görkəmli rical* alimlərindən olan Zərkəli öz kitabında İsmailin
vəfatını Hicrətin 143-cü ilinə aid edir. İbni Ənbə isə İsmailin
vəfatının Hicrətin 133-cü ilində baş verdiyini qeyd edir. İsmailiyyə
məzhəbli yazıçılardan olan Arif Tə᾿mər bu hadisənin Hicrətin 138-
ci ilində baş verdiyini qeyd etmişdir.
Bir çox hədis və rəvayətlərdə İsmailin hələ atası sağ ikən vəfat
etdiyi nəql olunmuşdur. İmam Sadiq (ə) onun dəfn mərasimində
oğlunun vəfat etdiyinə şəhadət vermiş, hətta bə᾿zilərinin sonradan
bu barədə şəkkə düçar olacaqlarını iqrar etmişdir. Nö᾿mani və
Zurarət ibni Ə᾿yundan bu məzmunda nəql olunmuş rəvayətdə
deyilir: Əbu Əbdullah Cə᾿fər ibni Məhəmməd Sadiqin evinə getdim.
Oğlu Musa o həzrətin sağ tərəfində, İsmailin cənazəsi isə qarşısında
idi. İmam mənə Davud ibni Kəsiri, Həmran və Əbu Bəsiri çağırmağı
əmr etdi. Camaat bir-birinin ardınca oraya gəlirdi. Evin astanasına
otuz nəfər yığıldıqda İmam (ə) Davud ibni Kəsirə buyurdu:
Cənazənin üzərindən örtüyü götür. Davud, İsmailin üzündən örtüyü
götürdükdən sonra Əbu Əbdullah (ə) buyurdu: Ey Davud! O diridir,
ya ölü? Davud dedi: Ey mənim mövlam, o ölmüşdür. Sonra imam
üzünü bir-bir orada iştirak edənlərə tutub həmin sualla onlara
müraciət etdi və hamı İsmailin vəfat etdiyini iqrar etdi. Daha sonra
Əbu Əbdullah buyurdu: İlahi! Sən Özün onlara şahid ol! Bunu deyib
cənazəyə qüsl verilib kəfənlənməsini əmr etdi.
Qəbrə qoyularkən İmam (ə) Müfəzzələ bir daha əmr edib
cənazənin üzünü açıdırdı və daha sonra ondan soruşdu: «O diridir,
yoxsa ölü?» Müfəzzəl dedi: Ölü. O həzrət bir daha buyurdu: «İlahi!
Sən Özün onlara şahid ol.»
Qəbrə qoyulduqdan sonra üçüncü dəfə Müfəzzələ İsmailin
kəfənini açdırıb bir daha onlardan soruşdu: O diridir, ya ölü?
Dedilər: Ölü. Bir daha buyurdu: İlahi! Sən Özün şahid ol və siz də
ey camaat şəhadət verin. Çünki tezliklə batil əhli şəkk-şübhə
yaradaraq Allah nurunu söndürmək istəyəcəklər.
İmam Cə᾿fər Sadiq (ə) bu qısa çıxışını bitirdikdən sonra oğlu
Musaya (ə) işarə edərək buyurdu: «Lakin, kafirlər istəməsələr belə,