Page 176 - Islamic Studies 07
P. 176
İsmailiyyə məzhəbi haqqında araşdırma / 175
Onlar eyni zamanda cəbr və ixtiyarı qəza-qədərlə ziddiyyətli
hesab etmirlər. «Qəzanı» xeyir, vəsiyyət və asudəçilik (qurtuluş),
«qədər»i isə təqdir, miqdar və tərbiyə kimi mə᾿nalandırırlar.
3. Peyğəmbərlik;
İsmailiyyə məzhəbi nöqteyi-nəzərindən peyğəmbərlik iki
hissəyə bölünür: 1. Ümumi peyğəmbərlik; 2. Xüsusi peyğəmbərlik.
Ümumi peyğəmbərlik dedikdə, əql və təbiət baxımından onun bütün
insanlara şamil olduğu nəzərdə tutulur. Ümumi peyğəmbərlik
olmadıqda, xüsusi peyğəmbərlik (yə᾿ni, müəyyən təbəqəyə aid olan)
camaat tərəfindən qəbul olunmur.
Qeyd etmək lazımdır ki, imamiyyə şiələri «ümumi
peyğəmbərlik» dedikdə, batini hüccət və dəlil olan əqli nəzərdə
tuturlar. Allah tərəfindən peyğəmbərliyə tə᾿yin olunan şəxslərə
gəldikdə isə, onları zahiri hüccət adlandırırlar. Müsəlmanlar ulul-
əzm peyğəmbərləri beş nəfər hesab etdikləri bir halda, İsmailiyyə
alimləri şəriət sahibi və ulul-əzm peyğəmbərləri «Natiq peyğəmbər»
adlandıraraq onların sayını yeddiyə çatdırmışlar. Yeddi natiq
peyğəmbər bunlardan ibarətdir: Adəm, Nuh, İbrahim, Musa, İsa,
Məhəmməd və Qaim. (Qaim dedikdə zühur edərək qiyam edəcəyinə
e᾿tiqad bəslədikləri İsmailiyyənin yeddinci imamı Məhəmmədi
nəzərdə tuturlar.)
4. Məad;
İsmailiyyə məzhəbi cismani məadı inkar edir, yalnız ruhani
məada e᾿tiqad bəsləyir və bu barədə deyirlər: İnsan yaşadığı aləmdə
həmin aləmə münasib vasitələrə ehtiyac duyur. O bir aləmdən xaric
olub başqa bir aləmə qədəm qoyduqda belə, yenə də həmin aləmə
münasib vasitələrə ehtiyac duyur. Bu səbəbdən də onlar cism və
bədən üzvlərinin yalnız bu dünyaya lazım olduğunu hesab edirlər.
Axirət dünyasına gəldikdə isə, oranı ruhani aləm hesab etdikləri
üçün məadın cismani olmasına heç bir zərurət duymurlar.
İsmailiyyə məzhəbli şəxslər islamı təzə qəbul edənlərə məadı və
ya məad haqqında mə᾿lumatı olmayan şəxslərə izah etmək istərkən
bu əqidəni özünün zahiri mə᾿nasında yə᾿ni, cismani olaraq baş
verəcəyini bəyan edirlər. Bir çox «miləl və nihəl» kitablarında