Page 178 - Islamic Studies 07
P. 178

İsmailiyyə məzhəbi haqqında araşdırma / 177

                    Nəticə
                    Demək, İsmailiyyə bu dörd nəfər şəxsin fəaliyyəti nəticəsində
               meydana gəlmişdir. Bu məzhəb sonralar bir neçə firqəyə bölünsə də,
               bə᾿zi  müsəlman  ölkələrində  tarixi  cərəyanlarda  öz  tə᾿sirini
               qoymağa,  hətta  dövlət  tə᾿sis  etməyə  nail  oldu.  Beləliklə,  tarixin
               enişli-yoxuşlu  mərhələlərini  keçərək  öz  ətrafına  minlərlə  tərəfdar
               yığaraq öz mövqeyini bu günkü günədək qoruyub saxlaya bilmişdir.
                    Həmçinin, imamət məsələsi İsmailiyyə e᾿tiqadının əsas hissəsini
               təşkil edir. Onlar əqidə əsaslarına dair yazılmış kitablarında imamət
               mövzusuna xüsusi fəsl ayıraraq bu barədə geniş izahlar vermişlər.
               İmamət  məsələsi  geniş  mövzulardan  biri  olmaqla  yanaşı,  digər
               məzhəb  və  firqələrdən  fərqli  olaraq,  İsmailiyyənin  ən  şübhəli  və
               əsraramiz əqidə əsasını təşkil edir.
   173   174   175   176   177   178   179   180