Page 177 - Islamic Studies 07
P. 177

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 176

               İsmailiyyə  firqəsinin  «tənasüx»ə  e᾿tiqad  bəslədiklərinə  işarə
               olunmuşdur, lakin onlar belə bir ittihamı qətiyyətlə rədd edib onu
               tamamilə batil və əsassız adlandırırlar.

                    5. Şəriətin batini.
                    Dərsin əvvəlində qeyd etdik ki, İsmailiyyə alimləri bütün şər᾿i
               üsul  və  hökmlərin  zahiri  və  batini  mə᾿nalardan  ibarət  olduğunu
               hesab edirlər. Onlar bu barədə deyirlər: Allah-taala bütün şəriət və
               ibadi hökmləri elə bir qaydada tə᾿yin etmişdir ki, onlar hər bir əqli
               işləri və ilahi hökmləri əhatə edir. İbadət və hökmlər insanın cismi
               ilə, batini hökmlər isə əql və mə᾿nəviyyatla bağlıdır. Bu səbəbdən
               də şəriətin batininə daha çox qiymət verilmişdir. Onlar bu barədə bir
               çox əsərlər yazmış, hətta Qur᾿anı öz şəxsi əqidələrinə əsasən təfsir
               edərək  ayə  və  ifadələrin  batini  mə᾿na  daşıdığını  hesab  etmişlər.
               Məsələn, namazın mahiyyətini haqqa də᾿vət və imama dua etmək,
               orucu,  ədəb-ərkanı  riyakarlardan  gizli  saxlamaq,  cənnəti  imama
               itaət, cəhənnəmi imama qarşı üsyan, həcci elm məqsədilə el-obanı
               tərk  etmək,  zəkatı  elmi,  elmə  ehtiyacı  olan  və  həqiqi  olaraq
               qiymətləndirməyi  bacaran  şəxslərin  arasında  yaymaq  kimi  təfsir
               etmişlər. İsmailiyyənin batinçiliyə olan meyli, müxaliflərinin onları
               şər᾿i hökmləri kənara qoyub batini mə᾿naya kifayətlənməkdə ittiham
               etmişlər.  Yə᾿ni,  namaz  qılmaq  əvəzinə  imama  dua  edir,  Beytul-
               haramı ziyarət etmək əvəzinə öz əqidələrini yaymağa can atır və s.
               Lakin İsmailiyyə ardıcılları bu ittihamları rədd edərək hər iki tərəfə
               e᾿tiqad bəslədiklərini iqrar etmişlər və şər᾿i hökmlərin təkcə zahirinə
               və  ya  batininə  e᾿tiqad  bəsləməyi  və  əməl  etməyi  ayrı-ayrılıqda
               düzgün hesab etmirlər. Belə bir e᾿tiqadı olanları isə küfrdə ittiham
               edirlər.
                    İsmailiyyənin diqqət yetirdikləri ən mühüm məsələlərdən biri də
               imamət  məsələsidir  və  bu  barədə  növbəti  dərsimizdə  söhbət
               açacağıq.
   172   173   174   175   176   177   178   179   180