Page 174 - Islamic Studies 07
P. 174
İsmailiyyə məzhəbi haqqında araşdırma / 173
Allah-taala öz nurunu tamamlayacaqdır.» Ravi deyir: Sonra İmam
(ə) qəbrin üzərinə torpaq tökməyimizi istədi və hələ bu iş
qurtarmazdan əvvəl bir daha soruşdu: Qəbirdəki qüsl verilmiş,
kəfənlənmiş şəxs kimdir? Dedim: İsmail. Buyurdu: İlahi şahid ol!
Sonra Musanın (ə) əlindən tutub buyurdu: Allah dünyanı və onun
əhalisini qoruyub möhlət verənədək o haqla, haqq da onunladır.
İSMAİLİYYƏ FİRQƏSİNİN ETİQADLARI
İki səbəbə görə İsmailiyyə firqəsinin e᾿tiqadları barədə dəqiq
mə᾿lumat əldə etmək olduqca çətindir. Əvvəla ona görə ki, bu firqə
tərəfdarları düşmənlərindən qorunmaq məqsədilə tarix boyu öz
əqidə və e᾿tiqadlarını gizli saxlamış və başqalarının onlara
yaxınlaşmalarına şərait yaratmamışlar. Bu sahədə müxtəlif kitablar
yazsalar da, onu digərlərindən gizli saxlayaraq kimsənin əlinə
düşməsinə razı olmamışlar. Hal-hazırda İsmailiyyə firqəsinin
müqəddəs hesab etdiyi və müəmmalı mətləbləri ehtiva edən Əbul
Xəttabın «Ummul-kitab» adlı şübhəli əsəri də bu qəbildəndir.
Digər tərəfdən də İsmailiyyə firqəsinin əqidə üsullarının əsasını
batinçilik və yozumluq prinsipi təşkil edir. Onlar belə bir
əqidədədirlər ki, bütün dini hökmlərin batini mə᾿naları vardır və
onlardan agah olan yeganə şəxs imamın özüdür. Bu səbəbdən də
İsmailiyyə bütün dini hökmlər üçün batini mə᾿nalar nəzərdə
tutmuşdur. Yə᾿ni, bütün işlərin həqiqətini onun zahiri quruluşu və
mə᾿nası deyil, batini mə᾿nası təşkil edir.
Məhz bu məsələ İsmailiyyə firqəsinin e᾿tiqad və əqidə
üsullarının şübhəli və anlaşılmaz olmasına səbəb olmuşdur.
Tədqiqatçı alimlər apardığı araşdırmalar zamanı bir çox hallarda
yetkin nəticəyə gələ bilməyib onlar barədə elə bir fikir və fərziyyələr
irəli sürmüşlər ki, bunun həqiqətən onlara aid olub-olmamasını
dəqiqləşdirmək çox çətindir.
İsmailiyyə məzhəbinə qarşı yaranmış belə bir yanlış tərzi-
təfəkkür onların alimlərini bu sahədə onlarla kitab və əsərlər yazıb
öz əqidə və e᾿tiqadlarını müdafiə etməyə vadar etmişdir. Onlara
qarşı irəli sürülən ittihamlardan biri də «tənasüx*» və «ibahəçiliyə»*
e᾿tiqad bəsləmələridir.
İsmailiyyə firqəsinin əsas e᾿tiqadlarını isə bunlar təşkil edir: