Page 171 - Islamic Studies 07
P. 171

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 170

                     Giriş
                    Altıncı  imam  vəfat  etdikdən  sonra  şiələr  beş  firqəyə
               bölünmüşlər:

                    1. Navusiyyə;
                    Onların əqidəsinə əsasən, altıncı imam vəfat etməmişdir və hələ
               də yaşamaqdadır. O, Peyğəmbərin (s) nəslindən olan və zühurunun
               intizarı  çəkilən  Məhdidir.  Zühur  etdiyi  gün  bütün  aləmə  imamət
               (rəhbərlik) edəcəkdir. İsmailiyyə Cə᾿fər ibni Məhəmməddən belə bir
               rəvayət  nəql  edir:  «Dağdan  başımın  aşağı  endiyini  (yə᾿ni,  qətlə
               yetirildiyimi) görsəniz belə, yenə də inanmayın və bilin ki, mən sizin
               ağanız və rəhbərinizəm». Başqa bir rəvayətdə deyilir: «Əgər sizin
               yanınıza gəlib xəstələndiyimi və ya vəfat etdikdən sonra mənə qüsl
               verib kəfənləndiyimi xəbər versələr də inanmayın, çünki mən sizin
               ağanız və rəhbərinizəm».
                    Bu firqə onu tə᾿sis edən şəxsin - Əcəlan ibni Navusun - adı ilə
               bağlı  olaraq  Navusiyyə  adlandırılmışdır  və  hal-hazırda  tamamilə
               aradan getmişdir.

                    2. İsmailiyyə;
                    Bu  firqənin  ardıcılları  Cə᾿fər  ibni  Məhəmməddən  sonra  oğlu
               İsmaili imam kimi qəbul edirlər. Onlar hələ atası sağ ikən İsmailin
               vəfat  etdiyini  inkar  edərək  demişlər:  İsmailin  ölümü  və  dəfn
               mərasimi  onun  Abbasilərdən  qorunması  üçün  atası  tərəfindən
               qurulmuşdur. Sonralar İsmailiyyə bir neçə firqəyə bölünmüşdür və
               bunun ən başlıca səbəbi İsmailin imaməti, sağ və ya vəfat etdiyinə
               dair  aparılan  mübahisələr  olmuşdur.  (Bu  barədə  növbəti
               dərslərimizdə  söhbət  açacağıq).  Lakin  İsmailiyyə  firqələrinin
               müştərək  cəhəti  imamət  məsələsində  İsmailin  bu  işə  daha  layiq
               olması və onun altıncı imamın digər övladlarından üstünlüyünə olan
               e᾿tiqad təşkil edir.

                    3. Fəthiyyə;
                    Fəthiyyə imam Cə᾿fər Sadiqin (ə) ikinci övladı olan Əbdullah
               ibni  Cə᾿fərin  davamçılarına  verilən  addır.  Baş  və  ayaqları  enli
               olduğu  üçün  Əbdullah  «Əftəh»  ləqəbi  ilə  məşhur  olmuşdur.  Bu
   166   167   168   169   170   171   172   173   174   175   176